Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiyaya qalib gəlib
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiya yığmasına qalib gəlib.
AZƏRTAC xəbər verir ki, Moskvanın “Lujniki" stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunda yeganə qolu matçın 86-cı dəqiqədə Serxio Aquero vurub.
Argentina komandası növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya ilə Rusiya millisi isə İspaniyaya qarşı keçirəcək.