“Future Korea” jurnalı Azərbaycan səfirinin müsahibəsini dərc edib
Bakı, 3 aprel, AZƏRTAC
Koreya Respublikasının “Future Korea” jurnalının mart buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurovun “Çoxmədəniyyətli, çoxdinli və təbii resursla zəngin bir ölkə” adlı müsahibəsi dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanın qədim tarixi və mədəniyyəti, strateji coğrafi mövqeyi və hazırki iqtisadi vəziyyəti, ö cümlədən zəngin turizm imkanları və infrastrukturu, ölkəmizdə mövcud olan etnik və dini müxtəliflik haqqında ətraflı məlumat verilib.
Məqalədə, həmçinin Azərbaycan-Koreya Respublikası münasibətlərindən danışılıb, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, elm və texnologiya sahələri üzrə ikitərəfli əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb.