Gəncə turistlərin ən çox səyahət etdiyi tarixi şəhərlər sırasındadır
Moskva, 7 iyun, AZƏRTAC
Rusiyada və MDB-də turizm bazarının tədqiqi ilə məşğul olan “TurStat” agentliyi MDB-nin turistlərin ən çox səyahət etdiyi tarixi və mədəni irslə zəngin şəhərlərinin adlarını dərc edib. Azərbaycanın Gəncə şəhəri də ilk onluğa daxildir.
İpək yolunun üstündə yerləşən və turistlər arasında ən populyar MDB və Cənubi Qafqaz ölkələri şəhərləri sırasında Gəncə ilə yanaşı, Qazaxıstanın Türkistan və Taraz, Özbəkistanın Səmərqənd, Xiva və Buxara, Belarusun Vitebsk, Tacikistanın Xucand, Türkmənistanın Marı şəhərləri də var.
Reytinq təklif olunan turlar və regional turizm ofislərinin məlumatları əsasında tərtib edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]