Gəncədə enerji təchizatı sisteminin normal fəaliyyəti təmin olunub
Bakı, 2 noyabr, AZƏRTACBu ilin ötən aylarında “Gəncə” Regional Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 110 və 35 kilovoltluq (kV) yarımstansiyalarda, transformator məntəqələrində, eyni zamanda, 10, 6 və 0,4 kilovoltluq şəbəkələrdə əsaslı və cari təmir işləri görülüb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 3250-yə yaxın yeni sayğac quraşdırılıb, 3320-dən artıq qüsurlu sayğac isə yeniləri ilə əvəzlənib. Eyni zamanda, 4,3 kilometr uzunluğunda SİP və AVVQ tipli kabel çəkilib.
Smart-kart tipli sayğacların quraşdırılmasına və SİP kabelinin çəkilişinə respublikada ilk dəfə Gəncədə başlanılıb. Nəticədə həm enerji təchizatı sisteminin normal fəaliyyəti təmin edilib, həm də istehlak olunmuş enerjinin dəyəri tam ödənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]