“Geomorfologiya və ətraf mühit” kitabı nəşr olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya və ətraf mühit” adlı yeni kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovun müəllifi olduğu kitabda geomorfologiyanın, xüsusilə də relyef və ətraf mühit arasında qarşılıqlı əlaqənin bir sıra problem məsələlərinə həsr edilmiş elmi və qismən də elmi-populyar məqalələr toplanıb. Məqalələrdə Azərbaycanda geomorfologiya elminin inkişafı, relyefin mühit əmələgətirici funksiyası baxımından ekoloji şəraitə təsiri və faydalı qazıntı yataqlarının axtarışında rolu ilə yanaşı, ölkənin təbiət abidələri və onların ekoturizm əhəmiyyəti, eləcə də Xəzər dənizinin səviyyə tərəddüdünün bəzi aspektləri haqqında məlumatlar yer alıb.
Kitab Yer elmləri sahəsində çalışan mütəxəssislər və ali məktəblərin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün maraqlı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:45]
Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir
- 01.10.2026 [15:22]
Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar
- 01.10.2026 [15:00]