Gürcüstan-Rusiya danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstan ilə Rusiya arasında Cenevrə danışıqlarının növbəti 58-ci raundu nəticəsiz başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqların bu raundunda destruktiv mövqe nümayiş etdirib.
Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Lakin Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.
“Baxmayaraq ki, qaçqınların məsələsi diqqət mərkəzində olan bir mövzudur, Rusiya Federasiyası bu məsələnin müzakirəsinə başlamağa dair heç bir işarə vermir. Təəssüf ki, Rusiya tərəfi bu raundda da destruktiv mövqe tutdu”, - deyə L. Darsaliya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]