Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələlər zamanı Hava Hücumundan Müdafiə bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.