Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hepatit virusları barədə ÜST-nin animasiya çarxının Azərbaycan versiyası hazırlanıb

Bakı, 28 iyul, AZƏRTAC

Dünyada 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Bu gün, qlobal ictimai səhiyyə problemi olan viruslu hepatitlər barədə maarifləndirməyə, dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinə və bu istiqamətdə fəaliyyətlərin stimullaşdırılmasına xidmət edir.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi bu günə töhfə olaraq ÜST-nin hepatit virusları mövzusuna həsr olunmuş animasiya çarxının Azərbaycan dilində versiyasını hazırlayıb. Çarx təşkilatın “Facebook” sosial şəbəkədəki səhifəsindən yayımlanır: https://www.facebook.com/WIDQT/videos/289269909048547/

Animasiya çarxı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirilib.

Bu barədə AZƏRTAC-a ictimai birliyin sədri Ziba Nəbiyeva məlumat verib.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri bildirib ki, ana dilimizdə hepatit virusları barədə animasiya çarxları yox dərəcəsindədir. Vizual görüntülər və səhnələşmiş kadrlar vasitəsilə isə maarifləndirici materiallar daha rahat mənimsənilir və yadda qalır. Nəticə etibarilə, az vaxt sərf etməklə daha çox məlumatdan faydalanmaq olur. Bu baxımdan ilk dəfə Azərbaycan dilində hazırlanmış animasiya çarxı hər yaş kateqoriyasından olan insanların maariflənməsinə xidmət edəcək.

Qeyd edək ki, 28 iyulun Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilməsinin öz tarixçəsi var. Amerikalı alim Barux Semuel Blamberq elmi araşdırmalar zamanı 1964-cü ildə Avstraliya aborigeninin qanında Hepatit B virusunun antigenini (HBsAg-Hepatitis B surface antigen) müəyyən etmiş və qaraciyərin iltihabı xəstəliyinin səbəbkarı olduğunu sübuta yetirmişdi. Daha sonralar isə, Blamberqin tədqiqat qrupu, qanda hepatit B virusunu təyin etmək üçün test və xəstəliyin qarşısının alınması məqsədi ilə peyvənd yaratmışdı. Alim bu kəşfinə görə 1976-cı ildə Nobel mükafatına layiq görülmüşdü. Onun elmə verdiyi töhfələr yüksək qiymətləndirilərək, qeyd olunan 28 iyul Ümumdünya Hepatitlə Mübarizə günü Blamberqin doğum tarixinə həsr edilmişdi.

Ziba Nəbiyeva qeyd edib ki, xroniki viruslu hepatitlər əksər hallarda simptomsuz keçdiyi üçün ağırlaşmış halda özünü büruzə verir. Bu viruslar qaraciyərin sirrozu və xərçənginə səbəb ola bilir. Hər il dünyada təxminən 1 milyon 400 min insan bu xəstəliklərdən dünyasını dəyişir.

Hepatit viruslarının zamanında aşkar olunması üçün mütəmadi olaraq profilaktik müayinələrdən keçmək lazımdır. Xüsusən cütlüklərin nikah öncəsi və xanımlarda hamiləlikdən əvvəl bu virusların yoxlanılması çox önəmlidir.

Əsas məsələ təhlükəli sayılan Hepatit B, C və D viruslarının yoluxma yolları və onlardan qorunma tədbirləri barədə məlumatlı olmaqdır. Hepatit B virusundan qorunmağın ən etibarlı yolu peyvəndlənməkdir. HBV əleyhinə vurulan peyvənd hepatit Delta (HD) virusuna yoluxmanın da qarşısını alır. Beləliklə, peyvənd olunmaqla iki təhlükəli xəstəlikdən yaxa qurtarmaq olar.

Hepatit C virusu əleyhinə isə hələlik peyvənd kəşf olunmayıb. Amma bu xəstəliyin müalicəsi ilə bağlı dünya səhiyyəsindəki nailiyyətlər Hepatit C virusundan tam sağalmanı əksər hallarda təmin edə bilir. Yetər ki, xəstəliyin müalicəsinə zamanında başlanılsın.

Qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində (məqsəd 3: Yaxşı Səhiyyə və Rifah, Hədəf: 3.3) yoluxucu xəstəliklər - QİÇS, vərəmlə yanaşı, hepatit virusunun erkən müayinə və müalicəsi həllini gözləyən məsələlər sırasında yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb