Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyasızlığın “qırmızı xətt”i – ŞƏRH

Həyasızlığın “qırmızı xətt”i –  ŞƏRH

Bakı, 6 aprel, AZƏRTAC

“İran” adlanan ölkənin Azərbaycan Respublikasına qarşı hücumları səngimək bilmir. Çoxüzlü və riyakar mahiyyəti, fitnəkarlığı, İslamın müqəddəs dəyərlərindən təfriqəçi maraqları üçün yararlanmaq siyasəti, saxta “müsəlman həmrəyliyi” təbliğatı ifşa olunduqca molla rejimi daha da aqressivləşir, öz eyiblərinə kor olub əbasına qapanmaq yerinə çirkab dolu niyyətini başqalarına çamur atmaqla davam etdirir. Hər dəfə İranın ölkəmizə qarşı təxribatından sonra bu kin və şər-böhtan “dəyirmanı”nın, heç olmasa “çax-çaxı”nın dayanacağına, az da olsa ümid bəsləsək də, nəticə hasil olmur.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, indi də müsəlman azərbaycanlıları öz evlərindən didərgin salan, yurd-yuvalarını tar-mar edən, torpaqlarını ot bitirməz hala gətirən, ziyarətgahlarını dağıdan, məscidlərində donuz saxlayan, minarələrini azansız qoyan ermənilərlə qol-boyun olan, uşaq qatilləri, müharibə cinayətkarları Robert Köçəryan və Serj Sarkisyana ilan kimi sarılan, Paşinyana pişiklənən rejimin parlamenti xirtdəyədək bulaşdıqları palçığın belə fərqinə varmadan ölkəmizin əleyhinə “bəyanat” qəbul edib.

Müsəlmanların üz qarası olan molla rejiminin deputatları utanıb-qızarmadan, özlərinə xas “bəlağətli” və qıpqırmızı cümlələrlə Azərbaycan Respublikasını İsraildə səfirlik açdığına görə ittiham ediblər. Sən demə biz “məzlum fələstinlilərin haqqına girmişik”. Hələ abır-həya etmədən qərarlarını, qətnamə və bəyanatlarını görməzdən gəldikləri “İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə və azadlıqsevər dünyaya Azərbaycanı qınamaq üçün” müraciət də ünvanlayıblar. Molla rejiminin ermənilərlə bağlı “qırmızı xətt”lərinin çox olduğunu bilirik, amma əgər “İran” adlanan ölkənin leksikonunda həyasızlığın “qırmızı xətt”i deyilən bir anlayış da varsa, o zaman bu “bəyanat” adlanan kağız parçası “qırmızı xətt”i nəinki adlayıb, hətta min kilometrlərlə geridə buraxıb.

“İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Ermənistanın təcavüzünü, azərbaycanlılara məxsus dini və mədəni abidələrin dağıdılmasını, ermənilərin vandalizm və etnik təmizləmə siyasətini pisləyəndə, Xocalı soyqırımını tanıyanda və cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılmalarını tələb edəndə molla rejiminin təmsilçiləri işğalçılarla ortaq mədəniyyətə, dəyərlərə sahib olduqlarını bildirir, Xocalı qatilləri ilə öpüşüb-görüşür, qanlı əllərini ikiəlli sıxır, müsəlman azərbaycanlıların qanına susamış ermənilərə “qardaş” deyirdilər. Azərbaycan torpaqlarının erməni tapdağında olduğu dövrdə bircə dəfə də olsun molla rejiminin parlamentinin müsəlman azərbaycanlıların müdafiəsinə qalxdığının, İslam Əməkdaşlıq Təşkilatına, müsəlman ölkələrinə və bütövlükdə, məlum “bəyanat”da qeyd olunduğu kimi “azadlıqsevər dünyaya” Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı müraciət ünvanladığının şahidi olmadıq. Bu rəzil ultramillətçi rejim Tehranda, Rəştdə qondarma erməni soyqırımına abidələr ucaltdığı, hər il uydurma qətliamın “ildönümü”nün qeyd olunmasına şərait yaratdığı halda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə belə imkan tanımadı”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan üçün “həyat yolu” olan, işğala və işğalın davam etməsinə hərtərəfli dəstək verən, Azərbaycan Ordusunu Zəfər yürüşünə mane olmağa, yolumuzu kəsməyə çalışan, müsəlman azərbaycanlıların gediş-gəlişinin asanlaşdırılmasına, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın blokadadan çıxmasına xidmət edən Zəngəzur dəhlizinin reallaşdırılmasına qarşı çıxan, bu məqsədlə tələm-tələsik Zəngəzurda konsulluq açan İran görəsən hansı haqla “Azərbaycanı qınamaq üçün İslam hökumətlərinə müraciət” ünvanlayır? Hansı ölkələrə ünvanlayır bu müraciəti? Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələrini kəsən Səudiyyə Ərəbistanına? Bəlkə haqq davamızda hər an yanımızda olan Türkiyəyə, Pakistana müraciət edir rejimin parlamenti? Hansı üzlə?

“Maraqlıdır, görəsən öz vətəndaşlarının ən adi hüquqlarını belə tanımayan, işgəncə, edam və zülm üzərində bərqərar olan “İran” adlanan ölkənin deputatları “azadlıqsevər dünya” deyəndə haranı nəzərdə tuturlar? Nə qədər abırsız olmaq lazımdır ki, günahsız insanların ölümünə səbəb olan terror aksiyalarına, edamlara, işgəncələrə, qətliamlara “xeyir-dua” verəsən, insan hüquq və azadlıqlarına qənim kəsiləsən, sonra isə “azadlıqsevər dünya”dan danışasan və hətta müraciət də ünvanlayasan? Bəlkə iranlı deputatların “azadlıqsevərlik” anlayışı terror və işgəncə azadlığıdır? Bəlkə onlar belə bir dünya arzulayırlar və bütün dünyanı viran qoyduqları İranın gününə salmaq üçün uğraşırlar?

Əgər molla rejiminin sözdə “parlament üzvləri” adlanan şər və böhtan püskürdənlər bu qədər cəsarətlidirlərsə, qoy o zaman öz hökumətlərinin üzvlərinə və dini-siyasi rəhbərlərinə müraciət etsinlər və desinlər: “Ay ağaye filankəslər, Ermənistana təzyiq göstərin ki, bu müqəddəs Ramazan günlərində müsəlman azərbaycanlıların İrəvandakı Göy Məscidə getmələrini, Qərbi azərbaycanlıların öz evlərinə qayıtmalarını təmin etsin, indiki Ermənistan ərazisində, tarixi Azərbaycan torpaqlarında müsəlman azərbaycanlılara məxsus dağıdılmış məscidlər, tarixi və mədəni abidələr, ziyarətgahlar bərpa olunsun. Edə bilməzsiniz! O zaman boş-boşuna danışmayın. Onsuz da içiniz bayırdadır və üfunət qoxuyur”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH