Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir. Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. “Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaraq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir”, - deyə məktubda qeyd olunur.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu hər zaman fəaliyyətində cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönələn layihə və proqramların icrasını ön plana çəkir. “Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsində əsas məqsəd isə bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlib.

Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin nəinki bölgələrin, ümumiyyətlə, bütün Azərbaycanın inkişafına təsir etdiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Bununla yanaşı, insanların müxtəlif növ problemlərlə üzləşərək onların həlli üçün ayrı-ayrı qurumlara müraciət etdiyini deyən Anar Ələkbərov “Regional İnkişaf” İctimai Birliyinin məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətə başladığını bildirib.

Birliyin fəaliyyət dövrü ərzində vətəndaşlardan daxil olan müraciətlərə həssaslıqla yanaşaraq əməkdaşlığa daim hazır olan strukturlara təşəkkürünü bildirən Anar Ələkbərov vətəndaşların müraciətlərinə lazımi diqqət göstərməyən qurumlarla da rastlaşdıqlarını təəssüflə qeyd edib.

Təşkilatın fəaliyyətində RİİB könüllülərinin rolunu xüsusi qeyd edən Anar Ələkbərov onların İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyini, hazırda 350-dən çox könüllü korpusunun olduğunu deyib. Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekoloji layihələrdə, xüsusilə də ağacəkmə kampaniyalarında yaxından iştirakı təqdirəlayiqdir.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Filmdə RİİB-in yaradılması, regionlarda vətəndaşlarla görüşlər, müraciətlərin qəbulu, müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi, RİİB-də könüllülük fəaliyyəti ilə bağlı görülən işlər öz əksini tapıb.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanın həyata keçirilən birgə layihələri barədə məlumat verib. Qeyd olunub ki, “Regional İnkişaf” İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan Memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirib, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara yönəlik səhiyyə, təhsil, habelə sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərib. Qvendolin Börçell birgə layihələrin gələcəkdə də davamında maraqlı olduqlarını qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov konfrans iştirakçılarına RİİB-in gələcəkdəki sosial layihələri barədə məlumat verib. Bildirib ki, RİİB-in turizmin inkişafı sahəsi üzrə layihəsi əsasən regionların tarixi və coğrafi potensialını araşdıraraq turizm sahəsində bir sıra innovativ təklifləri özündə ehtiva edəcək. Bunların sırasında elektron xəritə, elektron məlumat bazası və turizm sahəsində müxtəlif elektron xidmətlər var. Bu çoxmərhələli layihə ölkənin artan turizm potensialına əlavə dəstək verməklə regionlara səfər edən turistlər üçün faydalı məlumat bazası olacaq. Habelə region sakinlərinin də bu layihənin imkanlarından yararlanması üçün əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, aztəminatlı ailələrin gəlir əldəetmə imkanlarının genişləndirilməsi, məşğulluğunun təmin edilməsi məqsədilə ailə təsərrüfatlarının inkişafı, inklüziv təhsil layihəsi, fiziki və əqli məhdudiyyətli uşaqların təhsil imkanlarının genişləndirilməsi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Konfransda RİİB könüllüləri adından çıxış edən Gülpəri Kərimli İctimai Birliyin gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına və onların ölkə üzrə şəbəkələşməsinə böyük əhəmiyyət verdiyini, bu məqsədlə müxtəlif layihələr və proqramlar həyata keçirildiyini, bir sıra tədbirlərdə könüllülərin kütləvi iştirakının təmin edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, həyata keçirilən bütün bu təşəbbüslər gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanmasına, könüllülər arasında sosial məsuliyyət hissinin artırılmasına və onların fərdi inkişafına yönəlib.

“Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman hiss edərək ölkəmizin daha da inkişafında və güclənməsində fəal iştirak edir, dövlətçilik ənənələrini uca tutur. Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycanın gəncləri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri olaraq bundan sonrakı fəaliyyətimizdə də ölkəmizin inkişafı yolunda səylərimizi əsirgəməyəcəyik”, - deyə Gülpəri Kərimli bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər və idman sahəsində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb. Fuad Muradov “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının regionların həyatında mühüm hadisə olduğunu vurğulayıb. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslərə diqqət çəkən komitə sədri təşkilatın vətəndaşların sosial problemlərinin araşdırılması və həllinə dəstək istiqamətində göstərdiyi fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun gördüyü xoşməramlı işlərin davamı kimi dəyərləndirib.

Konfransda Anar Ələkbərov və Fuad Muradov tərəfindən RİİB-in fəaliyyətində, eləcə də “Gəncə Marafonu-2017”də fəal iştirak edən könüllülərə təşəkkürnamələr verilib.

Konfransın ilk hissəsinin sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxunub. Müraciətdə qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevral ayında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir.

“Dövlət proqramlarına dəstək olaraq “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgələrdə elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirilir. Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, xüsusi qayğıya ehtiyacı olan və fiziki imkanları məhdud şəxslərlə genişmiqyaslı iş aparılıb və ən əsası, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində vətəndaşların çoxsaylı problemlərinin həllinə nail olunub”, - deyə müraciətdə qeyd edilir.

Müraciətin sonunda “Regional İnkişaf” İctimai Birliyinin öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə bundan sonra da böyük əzmlə çalışacağı bildirilib.

Konfrans işini panel iclaslarla davam etdirib.

Tədbir çərçivəsində Anar Ələkbərov və Fuad Muradovun “Regional İnkişaf” İctimai Birliyinin region nümayəndələri ilə görüşü olub. Görüşdə ölkəmizin sosial həyatında gənclərin ictimai fəallığının artırılması, onların könüllü işinə cəlb edilməsi, kütləvi tədbirlərdə iştirak, vətəndaşlarla iş, yeni layihələrin irəli sürülməsində təşəbbüskarlıq və digər istiqamətlərdə müzakirələr olub.

Sabirabad rayonuna səfər çərçivəsində RİİB nümayəndələri 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Sabirabad rayonunun Ulacalı kəndinin ərazisində salınmış yeni qəsəbədə yaşayan sakinlərlə görüşüb.

Görüşdə Anar Ələkbərov Fondun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib, hər kəsi, xüsusilə gəncləri RİİB-in fəaliyyətində yaxından iştiraka dəvət edib.

Öz növbəsində, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirən qəsəbə sakinləri “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən məmnunluqlarını ifadə edərək, şəxsi təşəbbüsləri ilə təşkilatın gələcək layihələrinə dəstək göstərəcəklərini deyiblər.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinə rayon sakinlərindən yaşayış evlərinə dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı daxil olmuş kollektiv müraciət əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Ulacalı kəndinin ərazisində yeni salınmış qəsəbədə və ətraf yaşayış məntəqələrində dövlət vəsaiti hesabına 436 fərdi yaşayış evindən ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilib. Eyni zamanda, müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara komitə tərəfindən

bilavasitə yerində hüquqi xidmətlər göstərilib, onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib. RİİB-in təşəbbüsü ilə, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən qəsəbədə qaz təchizatı olmayan 36 evə təbii qaz xətti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə elektrik təchizatı olmayan 9 evə elektrik xətti çəkilib və sayğaclar quraşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub