İki nəfəri qətlə yetirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 9 avqust, AZƏRTAC
Martın 31-i Daşkəsən rayon sakinləri 1946-cı il təvəllüdlü Pəri Məmmədova və 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovun yaşadıqları evdə öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla 1983-cü il təvəllüdlü Şahin Ələsgərovun onunla eyni qəsəbədə yaşayan tanışları Pəri Məmmədova və onun əri Məhərrəm Məmmədovun yaşadıqları evə gəlib onlara küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şahin Ələsgərova Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi quldurluqla əlaqədar öldürmə) və digər maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]