Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi keçirilib VİDEO

Bakı, 3 fevral, AZƏRTAC

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar BANM-də açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib.

Tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlar iştirak edib.

Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib.

Eləcədə, sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi proqram təminatlar və əlavə avadanlıqlarla təmin edilməsi üzrə işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyi vurğulanıb.

İ.Musayev XRİTDX-nin milli informasiya təhlükəsizliyinin təmin olunmasında institusional lider kimi kadr hazırlığı və bilik ekosisteminin formalaşdırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eləcədə, BANM-də yaradılmış laboratoriyanın bu siyasətin praktik nəticəsi olmaqla, dövlət qurumunun əməliyyat təcrübəsi ilə ali təhsil mühitinin akademik potensialını birləşdirən konkret infrastruktur həll olduğunu vurğulayıb.

Təməli qoyulmuş laboratoriya sadəcə Universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılar üçün deyil, eləcə də dövlət qurumları əməkdaşlarının beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, tərəfimizdən təşkil olunacaq təlimlərdə iştirak etmək, praktik təcrübələri əldə etmək imkanına malik olacaqlar.

Bu yanaşma laboratoriyanı yalnız tədris məkanı deyil, eyni zamanda, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına – kadr hazırlığı bazasına çevirir.

Açılış mərasimində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki, BANM-də yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktikyönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, laboratoriyanın fəaliyyətə başlaması ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktikyönümlü tədrisin inkişafına şərait yaradır.

E.Qasımov vurğulayıb ki, tədbirin Azərbaycan Gəncləri Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır və yaradılmış bu mühit gənclərin müasir texnoloji biliklərə yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. Rektor dövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan bu əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında bildirib ki, informasiya texnologiyaları sahəsində aparılan tədqiqatların qiymətləndirilməsi üzrə beynəlxalq müstəvidə minlərlə standart mövcuddur və bu, dövlətlər qarşısında ciddi tələblər formalaşdırır.

“Laboratoriyanın istifadəyə verilməsi Azərbaycanda mövcud proqram və aparat təminatlarında boşluqların vaxtında aşkarlanması, risklərin azaldılması və kiberinsidentlərin qarşısının qabaqlayıcı şəkildə alınması baxımından mühüm əhəmiyyət daşıyır. Rəqəmsal inkişafın yüksək tempi, xüsusilə, süni intellekt texnologiyalarının informasiya mühitinə sürətli inteqrasiyası həm yeni imkanlar, həm də əlavə risklər yaradır. Bu isə kibertəhlükəsizlik sahəsində biliklərin və praktiki bacarıqların fasiləsiz artırılmasını, hüquqi mexanizmlərin müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir. Hazırda dövlət təhlükəsizliyi strukturları tərəfindən rəqəmsal sübutların tanınması və onların hüquqi dövriyyəyə daxil edilməsi ilə bağlı normativ təşəbbüslər irəli sürülüb və müvafiq təkliflər Milli Məclisə təqdim olunub. Yaxın perspektivdə “rəqəmsal sübut” anlayışının Azərbaycanda tam hüquqi status qazanması gözlənilir. Bu yanaşma cinayətlərin texniki izlərinin – proqram təminatlarında, aparat qurğularında, informasiya sistemlərində və şəbəkə mühitində aşkar olunması, toplanması və hüquqi baxımdan etibarlı sübut kimi tanınması üçün vahid hüquqi əsas formalaşdıracaq”, - deyə Davud Rüstəmov qeyd edib.

Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktoru Carmen Elena Cirnu çıxışında “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında praktik təcrübənin tərkib hissəsi olmaqdan məmnun olduğunu ifadə edib.

Carmen Elena Cirnu bildirib ki, BANM-də SOCAR-ın dəstəyi ilə formalaşdırılmış kibertəhlükəsizlik mühitinin bir çox Avropa ölkələrində belə nadir rast gəlinən nümunə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma gənclərə olan etimadı, strateji baxışı və gələcəyə yönəlmiş düşüncə tərzini əks etdirir.

“ICI Buxarest” 50 ildən artıqdır rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət tədqiqat institutudur və bu illər ərzində əldə edilən əsas nəticə kibertəhlükəsizliyin yalnız texniki məsələ deyil, cəmiyyət üçün ortaq məsuliyyətə çevrilməsidir. Müasir dövrdə kibertəhlükəsizlik enerji, səhiyyə, nəqliyyat, rabitə və gündəlik həyatın bütün sahələrini əhatə edir. Bu sistemlərin qorunması insanların təhlükəsizliyini və cəmiyyətlərin dayanıqlılığını təmin edir. Mövcud təhlükəsizlik mühiti mürəkkəbdir və kiberhücumlar geosiyasi, cinayətkar və digər faktorlarla şərtlənərək sürətlə inkişaf edir. Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda, enerji və regional bağlantı mərkəzi kimi strateji əhəmiyyət daşıyır. NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində dəstəklənən layihələr vasitəsilə Azərbaycanda ilk əməliyyat tipli kibertəlim poliqonunun yaradılması həyata keçirilir. Bu platforma real mühitə bənzər şəraitdə kiberinsidentlərin modelləşdirilməsi, sınaqdan keçirilməsi və təhlükəsiz şəkildə təhlil olunmasına imkan verəcək. Xüsusilə enerji sektoru kimi kritik infrastrukturlara fokuslanan bu kibertəlim mühiti Avropa və digər regionlardakı analoji mərkəzlərlə əlaqələndirilə bilən federativ sistemin bir hissəsidir”, - deyə elmi direktor qeyd edib.

İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov çıxışında bildirib ki, laboratoriya təkcə fiziki texnologiyaların yerləşdirildiyi məkan deyil, həm də insan kapitalının – tələbələr, tədqiqatçılar və gələcək kibermütəxəssislərin yetişdirildiyi mərkəzdir. Burada tələbələr həm rəqəmsal bacarıqlarını inkişaf etdirəcək, həm də DIH-lərdə (Digital Innovation Hub) və digər texnoloji mərkəzlərdə real layihələr üzərində çalışaraq yeni məhsul və startapların yaranmasına dəstək verəcəklər.

A.Nərimanov əlavə edib ki, laboratoriyalar həm fiziki, həm də intellektual təhlükəsizliyin qorunmasını təmin edir, tələbələrin bilik və bacarıqlarının yönləndirilməsi üçün real imkanlar yaradır. Bu təşəbbüslər Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı və qlobal texnoloji inteqrasiyaya töhfə verməsi baxımından strateji əhəmiyyət daşıyır.

Sonra dövlət rəsmiləri və xarici qonaqlar SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ilə tanış olub.

Laboratoriyanın açılış mərasimindən sonra NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi üzrə ilk təlim keçirilib. “Cyber Polygon” XRİTDX-nin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqcıl kibertəlim və sınaq platformasıdır. Bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktikyönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, platformanın XRİTDX tələblərinə uyğun olaraq lokal qapalı serverlər üzərində qurulması və istifadəsi isə platformada aparılacaq həssas simulyasiyaların belə konfidensiallığına zəmanət verəcək.

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılış mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir