İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:33]
NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [20:12]