İşğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlb olunması imkanları müzakirə edilib
Bakı, 21 noyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə cari ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.
Səfir Tomas Ştəli iki ölkə arasında iqtisadi münasibətlərin güclənməsi üçün böyük potensialın olduğunu bildirib və investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib.
Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlbi imkanları müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [00:16]
“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]