İsmayıllıya gələn turistlərin sayı ildən-ilə artır
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda turizmin sürətli inkişafı rayona üz tutan turistlərin sayında da özünü göstərməkdədir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 2009-cu ildə rayonu 15 min, 2010-cu ildə 25 min, 2011-ci ildə 59 min 500 turist ziyarət etmişdir. Cari ilin əvvəlindən bəri ötən ilin müvafiq dövrünə nisbətən İsmayıllıya gələn yerli və xarici turistlərin sayı 10 faiz artmışdır.
İsmayıllı həm də sənətkarlar diyarıdır. Lahıc, Basqal və digər kəndlərdə yaşayan sənətkarların əl işləri gələn turistləri valeh edir.
Onu da qeyd edək ki, 2012-ci ildə İsmayıllı rayon Mədəniyyət Mərkəzi yaradılmış, klub müəssisələrinin profilləşməsi həyata keçirilmişdir. Hazırda səkkiz kənd klubunda xalça toxunur, digər klublarda isə yeni dərnəklər yaradılaraq müxtəlif əl işləri hazırlanır. Bunları nəzərə alaraq rayon mədəniyyət və turizm şöbəsi tərəfindən İsmayıllı şəhərindəki Qala divarlarının önündə, Bakı-Qəbələ yolunun kənarında xalq yaradıcılıq nümunələrinin daimi satış-sərgisi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]