İspaniya artıq qırx ilə yaxındır Mavi Bayraqların sayına görə dünya lideridir
Bakı, 7 may, AZƏRTAC
Ənənəvi olaraq, mayın əvvəlində Ətraf Mühit və İstehlak Təhsili Assosiasiyası (Adeac) çərşənbə axşamı 2025-ci ilin yayında Mavi Bayrağa layiq görülən İspaniya çimərliklərinin siyahısını açıqlayıb.
AZƏRTAC “20minutos”a istinadla xəbər verir ki, İspaniya sahillərinin ümumilikdə 642 ərazisi suyun keyfiyyəti, abadlıq və ətraf mühitin rasional idarə edilməsinə görə bu fərqlənmə nişanı ilə qeyd olunacaq. 1987-ci ildə start verilən proqramda demək olar ki, qırx il dünya lideri olan İspaniyada ötən yaya nisbətən bu il daha dörd Mavi Bayraqlı çimərlik olacaq.
Muxtar bölgələr arasında ən çox Mavi Bayraq - yenə Valensiya Birliyində - 143, Əndəlüsiyada - 138, Qalisiyada - 108 və Kataloniyada - 101 ədəd qeydə alınıb.
İspaniya Mavi Bayraqlı çimərliklərin sayına görə dünyada lider, yaxtalar üçün körpülərin sayına görə isə üçüncü ölkədir. Dünyadakı Mavi Bayraqlı çimərliklərin 15 faizi İspaniyada yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]