İtaliya ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Roma, 12 iyul, AZƏRTAC
İtaliya ilə Türkiyə arasında əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, NATO-nun Vilnüs sammiti çərçivəsində İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
C.Meloni Rəcəb Tayyib Ərdoğanla görüşündə ümumi maraqlar kontekstində hər iki ölkənin Aralıq dənizinin cənub sahillərində öhdəliklərini gücləndirməklə bağlı səylərini müzakirə etdiklərini bildirib. Vurğulayıb ki, biz ədalətli və davamlı sülh üçün birgə çalışmaqda davam edəcəyik.
Qeyd edək ki, görüş təxminən 50 dəqiqə davam edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]