İtaliya yığması dünya çempionatına vəsiqə qazanmadığından ölkə iqtisadiyyatı 1 milyard avro itirəcək
Bakı, 15 noyabr, AZƏRTAC
İtaliyanın Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro bəyan edib ki, futbol üzrə yığma komandanın 2018-ci il dünya çempionatına vəsiqə qazanmadığına görə ölkə iqtisadiyyatı 1 milyard avroyadək ziyana düşəcək.
AZƏRTAC goal.com saytına istinadən xəbər verir ki, F.Karraro zərərin ən azı 500-600 milyon avroya bərabər olacağını bildirib. O deyib: “Birbaşa və yaxud dolayısı itkilərdən söhbət getdiyini başa düşməliyik. Dolayısı itkilər ehtimal ki, milyard avronu ötəcək. Bəli, yəqin ki, belə olacaq”.
İtalyanlar pley-off mərhələsində isveçlilərə məğlub olduğundan (0:1, 0:0) tarixdə ikinci dəfə, 1958-ci ildən indiyədək isə ilk dəfə dünya çempionatında iştirakdan məhrum olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]