İtaliyada anomal istilər: 10 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub
Roma, 13 iyul, AZƏRTAC
İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 10 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində insanlar arasında günvurma və istivurma halları qeydə alınıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Romada istidən huşunu itirən turistlərə polisin və təcili yardımın müdaxilə etdiyi bildirilib.
Mütəxəssislərin fikrincə, Avropa və Şimali Afrikada müşahidə olunan isti hava dalğası bəzi yerlərdə temperaturun rekord həddə çatmasına səbəb bilər. Havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi yerlərdə isə 48,8 dərəcəyə çatacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]