Julia Moin: Biz bu Sammitdən gələcəyə yönəlik nəticələr əldə etməliyik
Bakı, 2 mart, AZƏRTAC
Bu böyük platformada iştirak edə bildiyim üçün çox xoşbəxtəm. Eşitdiyimə görə, bu Sammitdə 80-dən çox ölkənin nümayəndəsi iştirak edir və bizim müəyyən gözləntilərimiz var ki, onları qarşılayır.
Bunu AZƏRTAC-a müsahibəsində Banqladeş nümayəndə heyətinin üzvü Dr.Julia Moin söyləyib.
Bu kontekstdə COVID-19-la bağlı hamımız birlikdə iş görməliyik deyən Julia Moin əlavə edib: “Biz dünyanın hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, onların öhdəsindən gəlməliyik. Ona görə də, bunun əsasında bugünkü Sammitdən müəyyən təkliflər, tövsiyələr gözləyirik və müəyyən çıxış yollarını tapmağa çalışacağıq. Biz bu Sammitdən gələcəyə yönəlik müəyyən nəticələr əldə etməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]