KANADA PARLAMENTİNİN İCLASINDA XOCALI FACİƏSİ İLƏ BAĞLI BƏYANAT SƏSLƏNDİRİLMİŞDİR
Bakı, 12 mart (AZƏRTAC). Martın 11-də Kanada Parlamentinin Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilmişdir. Bəyanatı Nümayəndələr Palatasının üzvü, deputat xanım Hedy Fry vermişdir.
H.Fry çıxışında palata üzvlərini 18 il əvvəl, fevralın 26-da baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsini Kanadada yaşayan Azərbaycan icması ilə birgə anmağa çağırmışdır.
Deputat, həmçinin kanadalıları faciəni tanımağa səsləmişdir.
Belə bəyanat ilk dəfədir ki, Kanada Parlamentinin Nümayəndələr Palatasında səslənmişdir.
Xatırladaq ki, ötən il Kanada Senatında da Xocalı ilə bağlı bəyanat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]