KANADANIN VANKUVER ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Vankuver, 1 mart (AZƏRTAC). Kanadanın Britiş Kolumbiya əyalətində fəaliyyət göstərən Azərbaycan icmasının təşkilatçılığı ilə Vankuver şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, mərasim Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Çıxış edənlər Xocalı soyqırımı dəhşətlərinin unudulmamasının vacibliyini vurğulamış, bu qanlı qırğını törətmiş erməni cəlladlarının beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb etmişlər.
Dağlıq Qarabağdan olan məcburi köçkün S.Əliyeva erməni faşistlərinin yalnız Xocalıda deyil, bütövlükdə Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərdən danışmışdır. Bildirmişdir ki, ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin dəhşətli nəticələri təkcə video və audiolentlərdə deyil, bu vəhşiliklərin canlı şahidi olmuş insanların yaddaşında əbədi qalacaqdır.
Mərasimdə Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş, iştirakçılara bröşürlər və məlumat kitabçaları paylanmışdır.
Vankuverdə fəaliyyət göstərən “Odlar Yurdu” radiosunda faciəyə həsr olunmuş veriliş yayımlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]