Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib
Vaşinqton, 23 mart, AZƏRTAC
Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, seçkilər ABŞ-la Kanada arasında gərginlik və ticarət müharibəsi fonunda baş verir və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.
Daha əvvəl seçkilərin oktyabrın 20-nə qədər keçirilməli olduğu deyilirdi. Ekspertlər seçkinin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün də faydalı olacağını ehtimal edirlər.
Seçki ilə bağlı qərar Mark Karni baş nazir kimi and içdikdən 9 gün sonra verilib. Onun bu marafonda əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]