KİYEV MƏKTƏBİNİN AŞAĞI SİNİFLƏRİNDƏ OXUYAN AZƏRBAYCANLI ŞAGİRDLƏR UŞAQ YAŞLARINDAN XOCALI SOYQIRIMI BARƏDƏ MƏLUMATLANDIRILIR
Kiyev, 1 mart (AZƏRTAC). “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Kiyev şəhərindəki Qoloseyev rayonunun 37 nömrəli məktəbinin Azərbaycan sinfində Xocalı faciəsi qurbanlarını anma gecəsi keçirilmişdir.
Tədbirin təşkilatçıları qismində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatı (KŞT) və bu tədris müəssisəsinin kollektivi çıxış etmişdir.
Sinifdəki yazı lövhəsində və stendlərdə Xocalı sakinlərini xüsusi amansızlıqla qətlə yetirmiş erməni cəlladlarını ittiham edən dəhşətli fotoşəkillər asılmışdı.
Xocalıda baş vermiş faciəli hadisələr haqqında sənədli film göstərildikdən sonra UAK KŞT sədri Oleq Krapivin, Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Yeganə Qafqazlı, məktəbin valideyn şurasının rəhbəri Teymur Teymurov, Ukrayna Milli Aviasiya Universitetinin professoru Arif Quliyev və başqaları çıxış edərək həmin faciənin günahsız qurbanlarını hüznlə yad etmiş, erməni cəlladlara haqlı qəzəblərini bildirmişlər.
Aşağı sinif şagirdləri şəhidlərin xatirəsinə həsr edilmiş kədərli misraları Azərbaycan dilində deklamasiya demiş, Xocalı qırğınının günahsız qurbanlarının fotoşəkilləri önünə qara lent bağlanmış qırmızı qərənfillər düzmüşlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]