Kiyevə İranın kamikadze dronları ilə hücum edilib
Kiyev, 12 iyul, AZƏRTAC
Rusiya Silahlı Qüvvələri iyulun 12-nə keçən gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə növbəti hava hücumu həyata keçiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə hava həyacanı siqnalı çalınıb və sonra da partlayış səsləri eşidilib.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri paytaxt ərazisində Rusiyanın bütün hədəflərini məhv edib.
“İlkin məlumata görə, Rusiya bu dəfə, yenidən “Şahed” tipli kamikadze dronlarından istifadə edib. Bir həftədən çox fasilədən sonra düşmən ikinci gündür ki, Kiyevdə İranın PUA-larını havaya qaldırıb. Hava hücumu 2 saatdan çox davam edib”, - deyə məlumatda qeyd edilib.
Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]