KOBİA nümayəndələri Qazaxda istehsal müəssisəsində və satış mərkəzində olublar
Bakı, 9 avqust, AZƏRTAC
Qazax rayonuna səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi rayonun Ağköynək kəndində yerləşən “Əsədoğlu” MMC-yə məxsus müəssisənin fəaliyyəti ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisə meyvə-tərəvəzin qablaşdırılmasında istifadə olunan plastik yeşiklərin istehsalı və plastik tullantıların emalı sahələrindən, istixana təsərrüfatından ibarətdir. 2020-ci ildə fəaliyyətə başlayan müəssisədə 15 daimi işçi çalışır. Müəssisə ildə 600 min ədəd yeşik istehsal etmək gücündədir.
KOBİA nümayəndələri, həmçinin elektronika və məişət avadanlıqlarının satışı ilə məşğul olan “Abu-Life Group” satış mərkəzinin fəaliyyəti ilə tanış olublar.