Kürdəmirdə vətəndaşların aqrar sahə ilə bağlı müraciətləri cavablandırılacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli sentyabrın 29-da, saat 10:00-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-33-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.