Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kütləvi informasiya vasitələrinin nümayəndələri Zəngilan rayonuna səfər ediblər VİDEO

Zəngilan, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Zəngilan rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağaclar əkiblər.

Sonra Zəngilan rayonunun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, Sarıqışlaq kəndi yaxınlığında yerləşən "Oxçuçay mərmərləşmiş üzlük daşı yatağı"na, Ördəkli kəndində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib: “Əvvəlcə otuz ilə yaxın müddətdə həsrətində qaldığımız bu torpaqlara gəlməyimizə səbəbkar olan Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla rəşadətli ordumuza hörmət və ehtiramımızı, sonsuz minnətdarlığımızı bildiririk. Bu torpaqlara gəlişimizin məqsədi erməni vandallarının təbiətimizə qarşı etdikləri vəhşilikləri əyani şəkildə görməkdir. Vaxtilə burada sıx meşəliklər olub. Erməni terrorçuları buranı bütövlükdə məhv ediblər. Ümumiyyətlə, işğala qədər Qarabağ ərazisində 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Bu, ilkin araşdırmaların, peyk görüntülərinin nəticəsidir. Lakin monitorinqlər davam etdikcə vurulan zərərin ölçüsü daha böyük olacaq. Bunlar hələ meşə fonduna daxil olan ərazilərin nəticələridir. Həmin ərazilərdə qeyri-meşə fonduna daxil olan yaşıllıqlar da mövcud olub".

Nazir müavini bildirib ki, hazırda ölkəmizdə "Yaşıl Marafon" devizi altında böyük tədbir keçirilir. IDEA İctimai Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir respublikanın bütün bölgələrini əhatə edir: "Bu gün də "Yaşıl Marafon" layihəsi çərçivəsində Zəngilan şəhərinin girişində tut, şərq çinarı toxumu, şabalıdyarpaq palıd qozası səpildi, eyni zamanda, akasiya, meliya ağacları əkildi. Bu gün ümumilikdə bir hektar ərazidə 500 ağac əkildi. Bizim imkanlarımız kifayət qədərdir və bu əraziləri tez bir zamanda yaşıllaşdırmaq istəyirik. Əfsuslar olsun ki, hər şey bizim iradəmizdən asılı deyil. Bu ərazilər erməni terrorçuları tərəfindən minalanıb. ANAMA-nın əməkdaşları öz həyatlarını təhlükəyə ataraq əraziləri minalardan təmizləyirlər. İşğaldan azad edilən ərazilər minalardan təmizləndikcə belə tədbirlər davam etdiriləcək. Onların təbiətimizə vurduğu yaraları qısa müddət ərzində sağaltmaq üçün hamımız səfərbər olmalıyıq.

İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın hesablanması ilə əlaqədar müvafiq işlər gedir".

F.Əliyevin sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın beynəlxalq konvensiyanın tamhüquqlu üzvüdür: "Həmin konvensiyanın mütəxəssisləri də bizimlə birgə monitorinqlərdə iştirak edəcək və vandalların törətdiyi ekoloji terrorun nəticəsini görəcəklər. Təbiətimizə dəyən ziyan təkcə meşələrlə bitmir. Burada qiymətli yeraltı və yerüstü yataqlar, termal-mineral su mənbələri var. Azərbaycanın faydalı filiz yataqları, mineral-termal su mənbələri, hər hansı bir təbii sərvətlə bağlı olan xəritələrinə baxdıqda ən zəngin bölgənin işğaldan azad edilmiş ərazilər olduğunu görərik. Termal-mineral su mənbələrinin 40 faizi burada formalaşıb. Onlar bizim faydalı filiz yataqlarını da istismar edib, bütövlükdə ekoloji terror törədiblər. Otuz il müddətinə 100 min hektardan çox ərazidə yanğınlar törədilib. Yanğın nəticəsində fauna, flora və biomüxtəlifliyə çox böyük ziyan vurulub. Təbii ki, müvafiq araşdırma, monitorinq işləri aparılır və beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq, onlar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar. Bu bölgənin meşələri bonitet nöqteyi-nəzərdən çox qiymətlidir. Növ zənginliyinə, qiymətinə görə də yüksəkbonitetlidir. Bir santimetr humus qatının formalaşması üçün ən azı 300 il vaxt lazımdır. Erməni terrorçuları torpağın üst münbit qatını daşıyıb aparıblar.

Bildiyimiz kimi transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsinə dair konvensiya var. Erməni vəhşiləri o konvensiyanın üzvü deyillər. Ona görə də çaylarımıza istənilən tullantı sularını axıdır, onları çirkləndirirlər. Ermənistan mis molibden müəssisələrinin bütün tullantılarını Oxçuçaya axıdır. Ona görə də haqq səslərini ucaltmalıdırlar. Azərbaycan da dünyanın bir parçası olduğundan bu məsələdə bütün dünya ekoloqları, qurumlar haqq səslərini qaldırmalıdırlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geologiya şöbəsinin rəisi Şahin Ataşovun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı qeydiyyata alınıb. Bunlardan 11-i Zəngilan rayonu ərazisindədir: “Bura Oxçuçay mərmərləşmiş üzlük daş yatağının Alabaşlı sahəsidir. Oxçuçay mərmərləşmiş üzlük daşının ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edir. Buradakı ehtiyat ümumi ehtiyatın bir hissəsini təşkil edir və hesablanaraq sahə balansına qeydiyyata alınıb. Lakin yataqda nə qədər istismar işlərinin aparıldığı hələ ki, müəyyənləşdirilməyib. İşğala qədərki dövrdə həmin ərazilərdə istismar işləri aparılmayıb. İşğal dövründə aparılan istismar miqdarının müəyyənləşdirilməsi üçün isə ərazinin minalardan təmizlənməsi və yenidən geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Ondan sonra üzlük daşı xammalının istismar miqdarı və dəyən ziyan müəyyənləşdiriləcək. Ümumilikdə isə yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".

Oxçuçayın erməni vandalları tərəfindən çirkləndirilməsindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Bu çayın mənbəyində yerləşən Qacaran mis molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan dəfələrlə çox qeydə alınmasına gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən transsərhəd çaylarda aparılan mütəmadi monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylardan daha çoxdur. Həmin çaylarda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Eyni zamanda, martın əvvəllərində çayın çox ciddi çirklənməsi qeydə alınıb. Həmin günlərdə aparılan monitorinqlər zamanı çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması müşahidə olunub. Hazırda bu çayın çirklənməsi davam edir. Qacaran mis molibden, Qafan filiz saflaşdırma və emal müəssisələrinin istehsal gücünün artırılması, yeni yataqların istifadəyə verilməsi nəticəsində çayın çirklənməsi daha da çoxalıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresurslarına o cümlədən ekosisteminə ciddi təsir edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır. Bəsitçay Dövlət Təbiət Qoruğu unikal landşaftı, ekosisteminə görə fərqlənir. Bura Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük arealdır. Təbii ki, bu, işğaldan öncə belə idi: "Qoruq 1974-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruğun yaradılmasında əsas məqsəd də məhz "Xan çinar”larının, yəni Şərq çinarlarının qorunmasından ibarət idi. Qoruq işğaldan öncə 107 hektar ərazini əhatə edirdi. Bu ərazinin 100 hektara qədəri Şərq çinarları, qalan ərazi qarışıq meşəlik idi. İlkin monitorinqlərə əsasən, qoruğun əksər hissəsi məhv edilib. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta burada yaşı 1200-1500 ilə qədər olan Şərq çinarı da mövcud idi. Otuz il müddətində erməni vandallığı nəticəsində buradakı qədim Şərq çinarları kəsilib, yandırılıb, məhv edilib.

Arazboyu Dövlət Təbiət Yasaqlığı isə unikal Tuqay meşələrinin qorunması məqsədilə yaradılıb. Onun yaradılması Zəngilanın işğalından bir neçə ay əvvələ təsadüf edib. Demək olar ki, hazırda unikal Tuqay meşələrindən əsər-əlamət yoxdur. 2200 hektar ərazini əhatə etməsinə baxmayaraq, hazırda 1500 hektaradək meşəlik sahə demək olar ki, məhv edilib. Çünki işğal müddətində Araz çayının məcrası dəyişdirilib və Tuqay meşələri suyun altında qalaraq məhv olub".

Kütləvi informasiya vasitələrinin nümayəndələri Zəngilan rayonuna səfər ediblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnaz Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir