İQTİSADİYYAT
Lənkəran elektrik şəbəkəsi üzrə istehlak və ödəniş artıb
Bakı, 6 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin iyul ayında “Lənkəran” Elektrik Şəbəkəsi Müəssisəsində 13,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Bu, 2013-cü ilin eyni dövründəki istehlakdan 1,1 milyon kilovat-saata yaxın çoxdur. Ödənişdə isə təxminən 15 faizə yaxın artım qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 8,3 milyon kilovat-saatdan çox olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlakda 453 min kilovat-saata yaxın, ödənişdə 6 faizə yaxın artım müşahidə olunub.
Cari ilin yanvar -iyul aylarında isə müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 6,6 milyon kilovat-saata yaxın artaraq, təxminən 90 milyon kilovat-saat təşkil edib.
Bu ilin son üç ayında müəssisə üzrə yenidənqurma və təmir-bərpa işləri aparılıb.