LƏNKƏRANLILAR DA SOYQIRIMININ ACISINI DADMIŞLAR
Lənkəran, 31 mart (AZƏRTAC). Lənkəran şəhərindəki Azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, rayon ictimaiyyətinin nümayəndələri abidənin önünə gül dəstələri düzərək soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Şəhər icra hakimiyyəti aparatı ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev bildirmişdir ki, havadarlarının köməyi ilə ermənilərin 200 ildən artıq bir dövrdə Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı Lənkəran rayonundan da yan ötməmişdir. 1918-ci ilin mart-aprel aylarında ermənilər Lənkəran qəzasında 40 kəndi yandırmış, rusların köməyi ilə Girdəni, Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Vilvan və Xolmili kəndlərində qırğınlar, kütləvi talanlar törətmişlər. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymət verilmişdir. Natiq mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]