Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi davam edir
Bakı, 2 iyul, AZƏRTAC
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma iyulun 5-i saat 23:59-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyulun 2-si saat 14:20-yə olan məlumata əsasən, 5 min 748 bakalavr (Azərbaycan bölməsi üzrə 5215, rus bölməsi üzrə 533) öz ərizəsini təsdiq edib. 2314 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizələrini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]