MASALLIDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Masallı, 31 mart (AZƏRTAC). Masallı şəhərindəki “Şəhidlər” abidə- kompleksinin önündə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev ermənilərin zaman-zaman Azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti barədə iştirakçılara məlumat vermişdir. Azərbaycanlılara qarşı törədilən soyqırımına ümummilli liderimizin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran S.Əliyev öz ata-baba torpaqlarından qovularaq qaçqın və köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə öz yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.
Mərasimdə soyqırım qurbanlarının ruhuna dualar oxunmuş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]