Media nümayəndələri Formula 1 könüllülərinin təlim prosesi ilə tanış olublar VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində könüllülər üçün təlimlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün media nümayəndələri könüllülərin təlim prosesini yaxından izləyiblər. Təlim zamanı iştirakçılara yarışın təşkili, könüllülərin vəzifələri və qarşılaşa biləcəkləri situasiyalar barədə məlumat verilib.
Tədbirdə Azərbaycanda Formula 1 Qran-Prisinin keçirilməsinin 10 illiyi münasibətilə Bakı Şəhər Halqasının könüllülük proqramının ötən illər ərzində inkişafı və əldə olunan nəticələrdən də danışılıb.
Qeyd olunub ki, könüllülük proqramı gənclərə beynəlxalq səviyyəli idman tədbirində iştirak etməklə yanaşı, yeni bilik və bacarıqlar qazanmaq, müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq və peşəkar təcrübə əldə etmək imkanı yaradır.