Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti iclasında 41 məsələ müzakirə edilib

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyin təsdiqindən sonra iclasda cari məsələlər müzakirə edilib. Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Aydın Mirzəzadə, Elman Nəsirov, Müşfiq Məmmədli və Etibar Əliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 1993-cü il iyunun 9-da görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlib. Bununla da Azərbaycanın Milli Qurtuluşunun başlandığını deyən deputatlar bu günün və qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Gününün milli tariximizdəki rolundan, Azərbaycan dövlətçiliyinin xilasında və möhkəmləndirilməsində əhəmiyyətindən bəhs ediblər.

Milli Məclisin deputatları çıxışlarında, həmçinin Ermənistanın Naxçıvanla həmsərhəd ərazisində iri metallurgiya zavodu inşa etməsinin regionun ekologiyasına və təhlükəsizliyini ciddi təhdidlər doğurmasından, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalamasından danışıblar, seçiciləri maraqlandıran məsələlər və gündəmdə olan bəzi aktual mövzularla bağlı fikirlərini bölüşüblər.

Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdə 41 məsələ müzakirə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu (ikinci səsvermə) layihəsidir. Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə 6 ay öncə birinci səsvermədə münasibət bildirilib, indi isə ikinci səsverməyə təqdim olunur.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bu konstitusiya qanunu layihəsində beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alındığını qeyd edərək sənədin parlamentdə üç oxunuşda geniş müzakirələrdən keçdiyini bildirib və müzakirələrdə deputatların irəli sürdüyü təkliflərin nəzərə alınması ilə bağlı məlumat verib.

Komitə sədri Hicran Hüseynovanın və deputat Azay Quliyevin məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqındadır. O, qeyd edib ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb qəbul ediləcək.

Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Spiker məsələ ilə bağlı məlumat vermək üçün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova söz verib.

Komitə sədri bildirib ki, müzakirəyə təqdim olunan saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb. Saziş fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın, fəlakətlər zamanı isə qarşılıqlı yardımın könüllü təmin olunması məqsədilə hazırlanıb. Diqqətə çatdırılıb ki, bu əməkdaşlıq fəlakətlərdən mühafizə sahəsində elmi və texniki mübadilə, bu sahədə fəaliyyət göstərən şəxsi heyətin peşəkarlığının, mühafizə və xilasetmə avadanlıqları ilə təchizatının inkişaf etdirilməsi, fəlakətlər zamanı xəbərdarlıq, həmçinin mühafizə, xilasetmə və onların nəticələrinin aradan qaldırılması kimi sahələri əhatə edir.

Ziyafət Əsgərov qeyd edib ki, tərəflər bu saziş çərçivəsində müəyyən tapşırıqların həyata keçirilməsi üçün sazişlə müəyyən olunmuş səlahiyyətli qurumların nümayəndələrindən ibarət Birgə Daimi Komissiya yaradırlar. Tərəflər arasında yarana biləcək fikir ayrılıqlarının həlli, sənədin qüvvəyə minməsi, ona ediləcək düzəliş və əlavələrin aparılması prosedurları barədə məlumat verən Ziyafət Əsgərov vurğulayıb ki, saziş Azərbaycan dövlətinin və xalqının milli maraqlarına uyğundur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öz növbəsində rəhbərlik etdiyi komitənin sazişə müsbət rəy verdiyini bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim edib və məsələyə dair məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin region üçün əhəmiyyətindən danışan komitə sədri Tahir Mirkişili bildirib ki, son 5 ildə bu dəmir yolu xətti ilə 1 milyon 500 min tona yaxın yük daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolunun, bütövlükdə Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı müasir çağırışlardan danışan komitə sədri bu istiqamətdə gömrük çağırışlarının sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tahir Mirkişili müzakirəyə çıxarılan sazişin məqsədinin tərəflərin dövlətlərinin ərazilərindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması və beynəlxalq yükdaşımaların sürətləndirilməsi olduğunu bildirib və sənəddə bu istiqamətdə tərəflər arasında qurulan əməkdaşlıq şərtləri barədə məlumat verib.

Sahibə Qafarova bildirib ki, layihəyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də baxılıb və sənədlə bağlı komitənin rəyini təqdim etmək üçün komitə sədri Səməd Seyidova söz verib.

Komitə sədri Səməd Seyidov sazişin tarixi əhəmiyyətini vurğulayaraq onun Orta Dəhliz çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığı yeni mərhələyə çıxardığını deyib. Sazişi bu istiqamətdə ilkin addım kimi dəyərləndirən Səməd Seyidov bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu layihə daha da genişlənəcək və Azərbaycanın geosiyasi mövqeyini tamamilə yeni bir mərhələyə yüksəldəcək.

Komitə sədri Ziyafət Əsgərov, deputatlar Tahir Kərimli, Sabir Rüstəmxanlı layihə ilə bağlı fikirlərini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir və növbəti - dördüncü məsələ ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimliyə təqdim edib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşu ilə bağlı məlumat verən komitə sədrinin müavini Əli Məsimli qeyd edib ki, layihədə təklif olunan dəyişikliklərin mahiyyəti, məqamları və üstünlükləri barəsində əvvəlki oxunuşlarda ətraflı danışılıb. O bildirib ki, layihə ilə əlaqədar komitə üzvlərinin 9 təklifi olub və onlar qanun layihəsi təşəbbüskarı subyektinə göndərilib. Bu təkliflərin 5-i qəbul olunub. Əli Məsimli deputatlara qanun layihəsində öz əksini tapan həmin 5 dəyişiklik barədə məlumat verib. O vurğulayıb ki, qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsidir.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin beşinci məsələsi olan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. Qeyd olunub ki, layihə ədalət mühakiməsi prosesini sürətləndirmək məqsədilə dövlət tərəfindən əhalinin aztəminatlı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və digər həssas təbəqələrinin dövlət hesabına peşəkar hüquqi yardım almaq imkanlarını daha da genişləndirir.

Bəhruz Məhərrəmov ölkə Prezidentinin siyasi iradəsi ilə irəli sürülən bu mütərəqqi dəyişikliyin hüquq ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb və onu “Heydər Əliyev İli”ndə Ulu Öndərin insan konsepsiyasına və insan hüquqlarının təminatına baxışına ən böyük töhfələrdən biri kimi dəyərləndirib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov diqqətə çatdırıb. O bildirib ki, təqdim edilən mətndə yalnız bir texniki xarakterli dəyişiklik olub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 5 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu diqqətə çatdırıb.

Bildirib ki, gündəliyin 7-ci məsələsi - “Təhsil haqqında” Qanunda (üçüncü oxunuş), 8-ci məsələsi - “Elm haqqında” Qanunda (üçüncü oxunuş), 9-cu məsələsi - “Peşə təhsili haqqında” Qanunda (üçüncü oxunuş), 10-cu məsələsi - Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda (üçüncü oxunuş) və 11-ci məsələsi - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir. Sahibə Qafarova təklif edib ki, əvvəlcə qanun layihələri ilə bağlı təqdimatlar dinlənilsin, sonra isə müzakirələr aparılsın. Spiker 7-ci, 8-ci və 9-cu məsələlərə Elm və təhsil komitəsində baxıldığını söyləyib. Qanun layihələri ilə bağlı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib.

Komitə sədri qanun layihələrinin plenar iclasda ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bəzi məsələlərə dair səsləndirilən fikirlərdən söz açıb. Sənədlərin komitədə üçüncü oxunuşda müzakirəsi zamanı həmin qaldırılan məsələlərin müzakirə edildiyini diqqətə çatdıran Bəxtiyar Əliyev onlara aydınlıq gətirib. Komitə sədri müəllimlərin sertifikasiyadan keçməsi, yeni ixtisasların açılması kimi bəzi məqamların qanunvericilikdə tənzimləmələri barədə məlumat verib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin 10-cu məsələsi - Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklərin əsas məqsədi təhsilverənlərin sertifikatlaşdırılmasının hüquqi əsaslarının genişləndirilməsi və onların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasından ibarətdir və layihənin mətnində heç bir dəyişiklik edilməyib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bundan əvvəl təqdim edilən layihələrə uyğunlaşdırma xarakteri daşıyan 11-ci məsələ - “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, sənəddə heç bir dəyişiklik aparılmayıb və olduğu kimi səsə qoyulmasını xahiş edib.

Milli Məclisin sədri qanun layihəsinə 4 komitədə də baxıldığını bildirib. Beləliklə, sənəd barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əziz Ələkbərov Mədəniyyət komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.

Deputat Tahir Kərimlinin fikirləri dinlənildikdən sonra üçüncü oxunuşda təqdim olunan bu 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra növbəti 3 məsələnin ikinci oxunuşda olan qanun layihələri olduğunu diqqətə çatdıran Sahibə Qafarova on ikinci məsələ ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.

“Kosmik fəaliyyət haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, sənədlə bağlı birinci oxunuşda geniş məlumat verilib. Kosmik sənayenin Azərbaycan üçün önəm daşımasından söz açan Tahir Mirkişili bildirib ki, 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. O vurğulayıb ki, hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir. Qanun layihəsinin 6 fəsil 24 maddədən ibarət olduğunu söyləyən komitə sədri birinci oxunuşdan sonra sənəddə heç bir dəyişiklik aparılmadığını bildirib.

Qanun layihəsinin müzakirəsində deputatlar Vüqar Bayramov və Fazil Mustafa çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər. Onların səsləndirdiyi fikirlərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili münasibət bildirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbəti 13-cü məsələnin - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və 14-cü məsələnin - “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov bu məsələlər barədə məlumat verib. O, qanun layihələrində iki istiqamət üzrə dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.

Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması təklif olunur.

Qeyd olunub ki, hər iki sənəddə - Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələrdə işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının 2023-cü il mart ayının 1-dən 5 il müddətinə vergidən və gömrük rüsumlarından azad olunması təklif edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 15-ci məsələsindən başlayaraq növbəti 27 qanun layihəsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin və nəzarətin təkmilləşdirilməsinə, maliyyə bazarlarının sabitliyinin təmin olunmasına və bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunmasına yönəlib. O, qanun layihələrinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki növbəti 20 məsələni diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, təqdim olunan qanun layihələri Azərbaycan Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına uyğun olaraq hazırlanıb. Sərəncama əsasən Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilir. Sərəncamın 2.1-ci bəndində qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. O, qeyd edib ki, qanun layihələrinin hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunub, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri nəzərə alınıb.

Nəzərə çatdırılıb ki, qanun layihələrində bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunur. Dəyişikliklərin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyasının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır.

Tahir Mirkişili bildirib ki, təqdim olunmuş dəyişikliklərdə maliyyə bazarlarında tənzimləmə və nəzarət funksiyasının Mərkəzi Banka həvalə edilməsi ilə əlaqədar olaraq, qiymətlərin sabitliyinin təmin edilməsi ilə bağlı əsas məqsədinə xələl gətirmədən, qanunla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyinin təmin edilməsi Mərkəzi Bankın məqsədinə aid edilir. O, digər dəyişikliklərin maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ilə bağlı olduğunu söyləyib.

Qeyd olunub ki, qanun layihələrində, habelə qanunvericilikdə publik hüquqi şəxslərə aid normaların bu barədə xüsusi qeyd olduğu halda Mərkəzi Banka şamil edilməsi, idarəetmə funksiyalarının icra edilməsində müstəqilliyin artırılması, Hesablama Palatasının auditinin Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə etməsinə dair düzəlişlər öz əksini tapıb.

Bununla yanaşı, sənədlərdə İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a artırılması, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublıkası üzrə ərazi idarənin rəhbərinin ölkə başçısının səlahiyyətli nümayəndəsi ilə razılaşdırılmaqla İdarə Heyəti tərəfindən təyin edilməsi, dövlət satınalmalarında istisnaların tətbiqi məsələləri müəyyənləşdirilib.

Bildirilib ki, layihələrdə yoxlamalarla bağlı bütün prosedurların “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanunla tənzimlənməsi, bəzi rəhbər şəxslər üçün attestasiya tələbinin aradan qaldırılması, nəzarət subyektlərinin yerli filial, şöbə və nümayəndəliklərinin açılması prosesinin sadələşdirillməsi ilə bağlı məqamlar, kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması və aparılması, valyuta mübadiləsi fəaliyyətinin müstəsna fəaliyyət kimi həyata keçirilməsinin müəyyən edilməsi və bu fəaliyyətə lisenziya alan şəxslərin dairəsinin dəqiqləşdirilməsi və bir sıra digər məsələlər təsbit olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov digər 6 məsələ barədə məlumat verib. O, Mülki Məcəllədə uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu deyib.

Deputat bildirib ki, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum" sözlərinin "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilməsi təklif edilir. O, qeyd edib ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsinin yeni iqtisadi metodlarla təqib edilməsi təklif edilir ki, bununla əlaqədar olaraq Məcəllədə olan sanksiyalar ləğv edilir. Bundan başqa, "Kredit büroları haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, təqvim ili ərzində 100000 manatdan çox məbləğdə nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən borcalanları barədə məlumatların kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati xətanın müəyyənləşdirilməsi təklif olunur.

Nurlan Həsənov “Publik hüquqi şəxslər haqqında” Qanunda dəqiqləşdirmə xarakterli dəyişikliklərin aparıldığını deyib. Belə ki, Qanuna edilən əlavəyə əsasən, bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunla tənzimlənməyən hissələrdə tətbiq edilir. Digər hüquqi aktlarda publik hüquqi şəxslərə aid müddəalar Mərkəzi Banka o halda şamil olunur ki, həmin hüquqi aktlarda bu barədə xüsusi qeyd edilsin.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklə bağlı bildirilib ki, qanunun 15-ci maddəsində kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsi müəyyən olunub. Bu subyektlərin dairəsinə müvafiq kommersiya hüquqi şəxslərə lisenziyanın verilməsi və nəzarətin həyata keçirilməsi, habelə onların qeydiyyatının aparılması məqsədilə Mərkəzi Bankın əlavə edilməsi təklif olunur. Bundan başqa, layihədə dəqiqləşdirmə xarakterli dəyişiklik də öz əksini tapıb.

Deputat “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “İcra haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. O bildirib ki, qanunun 2.1-ci maddəsinə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilir. Sənəd ölkə Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli müvafiq Sərəncamının icrası məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edilən son 7 qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Sonra komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Tahir Kərimli, Məlahət İbrahimqızı, Azay Quliyev, Etibar Əliyev, Vahid Əhmədov öz fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Müzakirələrin yekununda gündəliyin son 27 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb