Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib

Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Gündəliyin təsdiqindən sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasının yekunları barədə məlumat verib. Qeyd olunub ki, qurumun bu sessiyası əvvəlkilərdən fərqli olaraq Azərbaycan nümayəndə heyəti üçün o qədər də asan keçməyib. Qurumda Azərbaycandan başqa monitorinq altında olan heç bir ölkəyə belə yanaşma nümayiş etdirilməyib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən deputatlar əsassız iddialar səsləndiriblər. Çıxış edən şəxslərin qəbul edilmiş sənədlərə təklif etdiyi əlavələr, ümumiyyətlə, həqiqəti əks etdirməyib. Avropa Şurasının baş katibi ən yüksək dəyərləri - insan haqlarını və demokratiyanı alətə çevirərək Azərbaycana təzyiq göstərir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq ölkəmizə qarşı ən böyük ədalətsizlikdir. Biz AŞPA ilə münasibətlərimizi çox ciddi təhlil etməli, qəti mövqeyimizi ortaya qoymalıyıq.

Milli Məclisin deputatları AŞPA-nın payız sessiyasında ölkəmizin hədəf seçilməsindən narazılıqlarını ifadə edib, Azərbaycana qarşı bu münasibətin haqsız olduğunu bildiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Əvvəlcə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, sənəd Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Muxtar respublika Konstitusiyasının altı maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir. Belə ki, 8-ci maddənin 3-cü hissəsinə əsasən müəyyən kateqoriyadan olan şəxslərin passiv seçki hüququ qanunla məhdudlaşdırıla bilər. Muxtar Respublikanın Ali Məclisinə deputatlığa namizədlərə tələblərlə bağlı “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəzlənir. Digər bir maddədə Ali Məclisə deputatlıqdan məhrumetmə ilə bağlı beş hal nəzərdə tutulurdusa, buna əsas yaradan daha iki hal maddəyə əlavə olunur. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər” maddəsindən “yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılır. Naxçıvan Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər maddəsi də yeni redaksiyada verilir və orada da yaş tələbi aradan qaldırılır. Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir.

Sənəd səsə qoyularaq qəbul olunub.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. 2017-ci il mayın 15-də Pekində imzalanmış sənədin iqtisadi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın mühüm ticarət müttəfiqi olan Çinlə ölkəmiz arasında imzalanan bu sənəd insan sağlamlığının qorunmasına, məhsulların və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə olacaq.

Sənəd səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki növbəti üç məsələ -“Banklar haqqında”, “Poçt haqqında” və “Mərkəzi Bank haqqında” qanunlara təklif olunan dəyişiklikləri Ziyad Səmədzadə geniş şərh edib. Bildirilib ki, hər üç qanuna təklif olunan dəyişikliklər “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə 2017-ci il 25 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədar uyğunlaşdırma xarakteri daşıyır. Sənədin qəbulu ilə əlaqədar son illər ölkəmizdə fəaliyyət göstərən bankların qarşılaşdıqları problemlərin aradan qaldırılması, bankların sağlamlaşdırılması üçün qanunvericiliyin dəyişdirilməsi zərurəti meydana gəlib.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişikliyin də “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunun tətbiqi ilə əlaqədar olduğunu diqqətə çatdırıb. Bu sənəd də razılıqla qarşılanıb.

Sonra Ziyad Səmədzadə “Poçt haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Qeyd olunub ki, Qanuna təklif edilən dəyişiklik xüsusi poçt rabitəsi xidmətində “Dövlət sirri haqqında” Qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir. Sənəd səsə qoyularaq qəbul edilib.

Ziyad Səmədzadə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini şərh edərkən bildirib ki, sənəd “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb. Dənizdə baş vermiş qəza hadisələrinin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən araşdırılması nəticəsində müəyyən olunub ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün hesablanmış məbləğ Beynəlxalq Konvensiyanın müəyyən etdiyi məbləğdən dəfələrlə artıqdır. Azərbaycanın Konvensiyaya qoşulması müəyyən edilmiş tələblərin təmin edilməsi məqsədilə Ticarət Gəmiçiliyi Məcəlləsində də müvafiq dəyişiklikləri etmək zərurəti yaradıb. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Əli Hüseynli “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Bildirilib ki, bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, Azərbaycanda bu sahənin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan insanlar təltif olunacaqlar. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Komitə sədri Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədlə əlaqədar dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, Məcəllənin 53.1-ci maddəsinə edilən dəyişiklik əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması ilə bağlı tələb olunan sənədlərin siyahısının təqdim edilməsindən ibarətdir. Təklif olunan dəyişiklik bu sahədə mövcud bürokratik əngəllərin qarşısını almaq baxımından mütərəqqi bir addımdır. Sənəd təsdiq edilib.

Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, dəyişikliklər “Reklam haqqında” Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyəti yaratmaq məqsədilə təklif edilir. Nəzərdə tutulan dəyişikliklərin mahiyyəti açıqlandıqdan sonra sənəd səsə qoyularaq təsdiqlənib.

İclasda “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif olunan dəyişikliklər də diqqətə çatdırılıb. Bildirilib ki, layihə “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Sənəd müzakirə edilərək təsdiqlənib.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədin təqdimatında bildirilib ki, layihədə bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli Sərəncamına əsasən hazırlanıb. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklər “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il oktyabrın 14-də qəbul olunmuş Qanunun tətbiqi ilə əlaqədar təklif edilir. Həmin Qanuna əsasən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri icazədən artıq yüklə hərəkətdə olduğu zaman müəyyən hallarda ümumi istifadədə olan avtomobil yollarında iştirakdan kənarlaşdırıla bilər. Sənəd təsdiqlənib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Mədəniyyət haqqında” Qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, 1960-cı ildən sonra istehsal olunmuş mədəniyyət nümunələrinin ölkəmizdən ixracını sadələşdirmək məqsədilə sənədə bir neçə yeni maddə əlavə olunub, bəzi maddələrdə isə dəqiqləşdirmələr aparılıb. Bu dəyişiklikdən sonra mədəniyyət məhsullarının ölkədən ixracı zamanı süni maneələr aradan qaldırılacaq. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonda Əli Hüseynli Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər edilməsi barədə sənədləri təqdim edib. O bildirib ki, bu ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb. Bu Sərəncamın icrası istiqamətlərindən biri də bugünkü sənədlərdir. Əli Hüseynli qeyd edib ki, Cinayət Məcəlləsinə yeddi istiqamət üzrə dəyişikliklər təklif olunub, 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə 15-ə yaxın cinayət əməli dekriminallaşdırılıb. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişiklikdə 18 cinayət az ağır cinayətlər kateqoriyasından “böyük cinayət törətməyən” kateqoriyasına, 4 cinayət əməli ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

Deputatlar məsələlərlə bağlı fikirlərini bildirdikdən sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclis öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb