Mixeil Saakaşvilini polşalı həkimlər müayinə edəcək
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilini Polşadan Tbilisiyə gələn 5 nəfərlik həkimlər qrupu müayinə edəcək.
AZƏRTAC xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski Gürcüstanın sabiq prezidentini müayinə etmək üçün Tbilisiyə xüsusi həkimlər göndərib. Gürcüstan hökuməti Avropa İttifaqı rəsmiləri ilə aparılan danışıqlardan sonra polşalı həkimlərin Mixeil Saakaşvilini müayinə etmək üçün xəstəxanaya buraxılmasına icazə verib.
Xatırladaq ki, eks-prezident 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana gələn Saakaşvili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]