Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq və sərhəd ərazilərində etibarlı müdafiə sistemi yaradılıb

Naxçıvan, 2 avqust, AZƏRTAC

Bu gün Naxçıvan dağlarının əzəmət və qüdrətini həm də onun zirvəsində Vətənin keşiyini çəkən Azərbaycan əsgərləri artırır. Sinəsini düşmənə sipər edən Vətən oğulları torpaqlarımızı etibarlı müdafiə edirlər. Artıq muxtar respublikanın çətin dağlıq şəraitdə yerləşən bütün hərbi hissələri yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malikdir. Xalq-ordu birliyi, peşəkar və vətənpərvər şəxsi heyət bu ərazilərdə xidmətin nümunəvi təşkilinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Əsgərləri salamlayan Ali Məclisin Sədri deyib: “Bu gün siz düşmənlə sərhəddə xidməti vəzifələrinizi yerinə yetirirsiniz. Təbiət baxımından zəngin olan bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait vardır. Hərbi qulluqçuların xidməti vəzifələrini uğurla yerinə yetirmələrinin nəticəsidir ki, sərhədlərimiz etibarlı qorunur, insanlarımız bu ərazidə məskən salır, təsərrüfatlarını genişləndirir, rahat və təhlükəsiz yaşayırlar”.

Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib.

Ali Məclisin Sədri deyib: “Hər bir ölkədə sabitliyin və inkişafın təmin olunmasında əsas amillərdən biri də sərhədlərin etibarlı müdafiə olunmasıdır. Muxtar respublikanın bu ərazisində yerləşən kənd yaşayış məntəqələrində insanların rahat yaşaması və məskunlaşması üçün lazımi şərait yaradılıb, yeni sosial obyektlər tikilib istifadəyə verilib. Həmçinin hərbi hissə üçün də bina tikilmiş, xidmətin hərtərəfli təşkili üçün bütün şərait yaradılmışdır. Gələcəkdə də bu tədbirlər davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə hərbi qulluqçular xidmətlərini nümunəvi təşkil etməli, sərhədlərimiz etibarlı qorunmalıdır”.

Ali Məclisin Sədri xidməti vəzifələrinin yerinə yetirilməsində şəxsi heyətə uğurlar arzulayıb.

Baş leytenant Vüsal Qasımov və əsgər Vəli Axundlu şəxsi heyət adından minnətdarlıq edərək deyiblər ki, Vətənə xidmət şərəf işidir. Yüksək dağlıq şəraitdə torpaqlarımızın müdafiəsində dayanmaq isə ikiqat qürurvericidir. Əsgərlərin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəkdir. Şəxsi heyət arasında birlik və bərabərlik vardır. Bu gün ordumuz ona görə güclüdür ki, o, qüdrətli dövlətimizə və xalqımıza arxalanır. Ali Məclis Sədrinin əsgərlərlə görüşməsi onların məsuliyyətini artırır. Çıxış edənlər, həmçinin bildiriblər ki, bundan sonra da torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, “bir nəfər hamı, hamı bir nəfər üçün” şüarına əməl edərək xidməti borclarını şərəflə yerinə yetirəcəklər.

Sonra Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb.

Bildirilib ki, hərbi hissədə əsgərlərin qidalanması, yaşayışın və xidmətin nümunəvi təşkili üçün bütün tədbirlər görülüb. Binada yataqxana, yeməkxana, ərzaq və əşya anbarları, tibb və ideoloji otaqlar vardır. Günün nizam qaydasına uyğun olaraq əsgərlərin fiziki hazırlığına, təlimlərdə iştirakına, qidalanmasına və sağlamlıqlarının qorunmasına ciddi diqqət yetirilir, şəxsi heyət mütəmadi olaraq tibbi müayinədən keçirilir.

Müdafiə qüdrətinin gücləndirilməsi və əlverişli hücum mövqeyinin seçilməsi, hərbi hissənin əhatə etdiyi postların müasir döyüş texnikaları və silahlarla təmin olunması, postlar arasında yol və dayanıqlı rabitə əlaqələrinin yaradılması xidmətin səmərəli təşkilinə imkan verir.

Sonra Ali Məclisin Sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.

Ali Məclisin Sədri deyib: “Bu gün Azərbaycanda sabitlik və iqtisadi inkişaf vardır. Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sabitliyi, sabitlik isə iqtisadi inkişafı təmin etmişdir. Vaxtilə bu ərazilərdə heyvandarlıqla məşğul olanlar çətinliklərlə qarşılaşırdı. Bu gün isə ərazidə onlarla oba vardır. Çünki sərhədlərimizdə hərbi xidmət nümunəvi təşkil olunmuşdur. Oba sakinləri öz təsərrüfatlarında on minlərlə heyvan saxlayır, yaylaqlardan təhlükəsiz və səmərəli istifadə edirlər. Onlar ordumuza arxalanaraq düşmənlə sərhəddə öz ailələri ilə məskən salırlar. Bütün bunlar bir daha təsdiq edir ki, vətəndaşlarımız öz ordusuna, əsgərinə güvənir. Eyni zamanda, bütün bunlar ölkəmizdə ordu quruculuğu və iqtisadi inkişafın təmin olunması sahəsində həyata keçirilən tədbirlərin nəticəsi, xalq-ordu birliyinin daha bir ifadəsidir”.

Ali Məclisin Sədri bildirib: “Yüksək dağ şəraitində yerləşən hərbi hissələrdə xidmət bundan sonra da nümunəvi təşkil olunmalıdır. Çünki hərbi xidmətin uğurla yerinə yetirilməsi, sərhədlərimizin qorunması sabitliyin təmin olunmasına, sakinlərin öz kəndlərində, heyvandarların isə yaylaqlarda rahat və təhlükəsiz yaşamasına imkan verir”.

Xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan edilib.

Kapitan Rüfət Orucov və əsgər Naim Kərim deyiblər ki, dağ şəraitində xidmət edən əsgər və zabitlər üçün bütün şərait yaradılıb. Hərbi qulluqçularla görüşlər isə onların döyüş ruhunu daha da artırır. Vətənə sədaqətlə xidmət etmək, torpaqlarımızı, dövlətimizi, xalqımızı müdafiə etmək hər bir hərbi qulluqçunun qarşısında duran ən başlıca vəzifədir. Düşmən bilməlidir ki, qüdrətli Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirmək əzmindədir.

Həmin gün Ali Məclisin Sədri oba sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə xidmət aparan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları ilə də görüşüb, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH