İQTİSADİYYAT
Nazir Pərviz Şahbazov Aİ-nin komissarı ilə Azərbaycan-Avropa enerji əməkdaşlığını müzakirə ediblər
Bakı, 11 mart, AZƏRTAC
Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Aİ arasında enerji dialoquna dair məsələlər müzakirə edilib. Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları ilə bağlı əməkdaşlığı əhatə edən istiqamətlər üzrə intensiv təmasların vacibliyi vurğulanıb. Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]