Nərimanov və Bərdə rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar
Bakı, 28 iyul, AZƏRTAC
Nərimanov və Bərdə rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonu ərazisindəki mağazaların birindən pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Bərdə şəhəri ərazisindəki mağazaların birindən isə 1800 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakini N.Novruzov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]