Niderland millisinin baş məşqçisi Dik Advokat komandadan ayrılır
Bakı, 15 noyabr, AZƏRTAC
Futbol üzrə Niderland millisinin baş məşqçisi Dik Advokat komandadan ayrılır.
AZƏRTAC xəbər verir ki, 70 yaşlı mütəxəssis baş məşqçi postundan gedəcəyini Rumıniya ilə yoxlama oyunundan sonra açıqlayıb.
“Dekabrın 1-də Niderland Kral Futbol İttifaqı ilə müqaviləm başa çatır. Müqaviləni yeniləməyi düşünmürəm. Getməyim daha məqsədəuyğundur. Artıq nəsil dəyişib və meydan gənclərindir”, - deyə mütəxəssis bildirib.
Buxarestdəki “Naçional” stadionunda Rumıniya ilə yoxlama oyununda Niderland millisi 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Dik Advokatın rəhbərliyi altında Niderland millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]