NİJNİ NOVQOROD VİLAYƏTİNİN QUBERNATORU AZƏRBAYCANA GƏLİR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-2-də Rusiya Federasiyası Nijni Novqorod vilayətinin qubernatoru Gennadi Xodırevin başçılığı ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlıq haqqında ikitərəfli sazişin layihəsi hazırlanacaqdır.
Səfərin gedişində nijninovqorodlular “Heydər Əliyev” tankerinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə iştirak edəcəklər. Bu tanker Azərbaycanın ticarət donanması üçün Nijni Novqoroddakı “Krasnoye Sormovo” zavoduna sifariş verilmiş gəmilər seriyasının birincisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]