Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkəmizdə məhkəmə ekspertizası beynəlxalq standartlar səviyyəsinə yüksəldiləcək – MÜSAHİBƏ

Ölkəmizdə məhkəmə ekspertizası beynəlxalq standartlar səviyyəsinə yüksəldiləcək – MÜSAHİBƏ

Bakı, 2 mart, Nailə Həsənova, foto İlkin Cavanşirov, AZƏRTAC

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” ötən ilin sonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqləndi. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov Konsepsiyanın əhəmiyyəti, prioritet istiqamətləri və gözlənilən nəticələr barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Elşən müəllim, “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”nın qəbulunu zəruri edən əsas amillər hansılardır və bu sənəd ədalət mühakiməsinin səmərəliliyinə hansı yeniliklər gətirəcək?

- Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin ayrılmaz və mühüm tərkib hissəsidir. Son illər məhkəmə ekspertizası fəaliyyətinə tələbatın əhəmiyyətli dərəcədə artması, məhkəmələrin və istintaq orqanlarının icraatında olan işlərin sayının çoxalması, eyni zamanda elmi-texnoloji tərəqqi və rəqəmsal transformasiya məhkəmə ekspertizasının yeni çağırışlar əsasında təşkilini zəruri edib. Digər tərəfdən, transmilli cinayətkarlıq, kibercinayətlər və digər bu kimi hüquqi münasibətlər ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun, çevik və operativ qurulmasını tələb edir. Bu baxımdan, Konsepsiya məhkəmə ekspertizası sahəsinin uzunmüddətli, sistemli və kompleks inkişafını təmin edən strateji sənəddir.

Konsepsiyanın əsas məqsədi ölkəmizdə məhkəmə ekspertizası sahəsinin qabaqcıl beynəlxalq standartlara və müasir tələblərə uyğun təşkil edilməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinin çevik və səmərəli aparılmasına nail olmaqdır. Sənəd ekspert rəylərinin keyfiyyətinin və etibarlılığının artırılmasını, məhkəmə proseslərində operativliyin təmin edilməsini nəzərdə tutur. Məhkəmə ekspertizası sahəsində rəqəmsallaşma, vahid standartların tətbiqi və təkmil keyfiyyət təminatı mexanizmləri ədalət mühakiməsinin daha şəffaf, obyektiv və effektiv həyata keçirilməsinə töhfə verəcək. Konsepsiyada yeni texnoloji tendensiyalara uyğun fəaliyyətin təşkili, normativ-hüquqi bazanın davamlı yenilənməsi, məhkəmə ekspertizası idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi, sınaq laboratoriyalarının akkreditasiyası, özəl məhkəmə ekspertizası institutunun inkişafı, yeni növ ixtisaslar üzrə ekspertizaların aparılması nəzərdə tutulur. Həmçinin ekspertiza sahəsində kadr potensialının və ekspertlərin sosial müdafiəsinin gücləndirilməsi, ekspertiza idarələrinin infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet kimi müəyyən edilib.

- Konsepsiya çərçivəsində məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsallaşdırılması ədalət mühakiməsinin həyata keçirilməsində hansı əhəmiyyətli dəyişiklikləri təmin edəcək?

-Dövlət idarəçiliyinin və ədalət mühakiməsinin rəqəmsallaşdırılması sahəsində aparılan genişmiqyaslı islahatlar məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni keyfiyyət mərhələsi yaradıb. Bu proses “Elektron məhkəmə”, “Elektron icra” və “Elektron prokurorluq” sistemlərinin tətbiqi ilə yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin də vahid rəqəmsal informasiya mühitində təşkilini zəruri edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması bu sahədə qabaqcıl rəqəmsal texnologiyaların və süni intellektəsaslı həllərin tətbiqi üçün möhkəm institusional və hüquqi baza formalaşdırır. Bu sistem ekspertiza proseslərinin tam avtomatlaşdırılmasını, məlumatların vahid informasiya mühitində toplanmasını və real vaxt rejimində dövlət qurumları arasında operativ mübadiləni təmin edəcək.

Rəqəmsallaşma ekspertiza müddətlərinin əhəmiyyətli dərəcədə qısalmasına, proseslər üzərində şəffaf və izləniləbilən nəzarət mexanizmlərinin yaradılmasına şərait yaradacaq. Nəticə etibarilə bu islahatlar ədalət mühakiməsinin obyektivliyini artıracaq, vətəndaşların ədalət mühakiməsinə inamını möhkəmləndirəcək və hüquqi dövlət prinsiplərinin daha effektiv təmin olunmasına xidmət edəcək.

- Konsepsiyada əks olunan statistik təhlillərə baxanda görürük ki, məhkəmə və hüquq-mühafizə orqanlarının icraatında xüsusi biliklərə tələbat artıb. Konsepsiyanın məqsəd və hədəflərində bununla bağlı hansı real həllər öz əksini tapıb?

- Konsepsiyada əks olunan statistik təhlillər məhkəmə və hüquq mühafizə orqanlarının icraatında xüsusi biliklərə olan tələbatın dinamik və davamlı artımını aydın şəkildə ortaya qoyur. Təkcə 2024-cü ildə məhkəmə ekspertizası idarələrində 149 mindən artıq qərar və qərardadın icra edilməsi, habelə son beş il ərzində qeyri-tibb ekspertizaları üzrə 43,1 faiz, tibbi ekspertizalar üzrə isə 42,1 faiz artımın müşahidə olunması bu sahədə mövcud yükün və məsuliyyətin miqyasını nümayiş etdirir. Mövcud resurslar çərçivəsində ekspertlər bu artan iş yükünün öhdəsindən çətinliklə olsa da gəlirlər, lakin bu vəziyyət uzunmüddətli perspektivdə sistemin davamlılığı və ekspert rəylərinin keyfiyyəti baxımından ciddi çağırışlar yaradır.

Bu reallıqlar Konsepsiyanın məqsəd və hədəflərinin formalaşdırılmasında əsas istiqamətverici amildir. Konsepsiya bir tərəfdən məhkəmə ekspertizası sisteminin institusional və elmi potensialının gücləndirilməsini, digər tərəfdən isə artan iş yükü fonunda ekspertiza proseslərinin keyfiyyətinin və operativliyinin qorunmasını prioritet kimi müəyyən edir. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSİ) üzvlük, ISO/IEC 17025 standartları üzrə akkreditasiya, müasir tədqiqat metodlarının tətbiqi və kadr potensialının inkişafı bu məqsədlərin praktiki reallaşmasına xidmət edir.

Eyni zamanda, Konsepsiyada artan tələbat fonunda kadr potensialının davamlı şəkildə gücləndirilməsi xüsusi yer tutur. Bu çərçivədə məhkəmə ekspertizası sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, yeni ekspert ixtisaslarının müəyyən edilməsi və açılması, ixtisaslaşmanın dərinləşdirilməsi, gənc mütəxəssislərin cəlb edilməsi və peşəkar inkişaf mexanizmlərinin yaradılması əsas hədəflər sırasında yer alır. Bununla yanaşı, ekspertlərin iş yükünün optimallaşdırılması, mövcud yükün ədalətli bölgüsü və rəylərin keyfiyyətinin daha da artırılması Konsepsiyanın mühüm istiqamətlərindən biri kimi müəyyən olunub.

Bu baxımdan, statistik göstəricilərin təhlili Konsepsiyada yalnız mövcud vəziyyətin təsviri kimi deyil, həm də məhkəmə ekspertizası fəaliyyətinin dayanıqlı inkişafını təmin edən, insan resurslarına əsaslanan və gələcəyə hesablanmış sistemli islahatlar üçün əsaslandırılmış yol xəritəsi kimi çıxış edir.

- Bəs ekspert rəylərinin keyfiyyətinə nəzarət necə təmin ediləcək? Bu rəylər beynəlxalq tələblərə hansı mexanizmlər vasitəsilə uyğunlaşdırılacaq?

- Ekspert rəylərinin keyfiyyətinə nəzarət və onların beynəlxalq tələblərə uyğunlaşdırılması Konsepsiyada sistemli və institusional mexanizmlər əsasında təmin edilir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq formalaşdırılıb və laboratoriya fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyasını əsas prioritet kimi müəyyən edir.

Qeyd edək ki, Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildən ENFSİ-nin üzvüdür. 2013-cü ildən Mərkəzdə aparılan ekspertizalardan 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər“ standartına görə Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditə edilərək müvafiq sertifikata layiq görülüb. Akkreditasiyanın mahiyyəti ondan ibarətdir ki, Mərkəzin akkreditə olunan tədqiqatlar üzrə nəticələri beynəlxalq standartlara uyğundur. Yəni tədqiqat metodlarının akkreditasiya olunması ekspert rəylərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Hazırda akkreditasiya olunan metodların sayının artırılması istiqamətində zəruri tədbirlər görülür.

Məlumdur ki, ekspertin rəyi əsas sübut növlərindən biridir. Ekspertin öz rəyində əsaslandığı metodların beynəlxalq akkreditə olunması məhkəmə, istintaq orqanları və tərəflər üçün tədqiqatın obyektivliyinə və mötəbərliliyinə zəmanət verir.

Konsepsiya məhkəmə ekspertizası sahəsində ölçüləbilən keyfiyyət meyarlarının tətbiqini, ekspert rəylərinin etibarlılığının artırılması üçün ayrıca keyfiyyət təminatı sisteminin qurulmasını nəzərdə tutur. Keyfiyyətə nəzarət ekspertiza prosesinin bütün mərhələlərini əhatə edəcək və vahid standartlar əsasında həyata keçiriləcək.

Beynəlxalq uyğunluğun təmin edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, standartlaşdırma üzrə Texniki Komitələrin yaradılması, dövlət standartlarının hazırlanması və laboratoriyaların akkreditasiyası əsas mexanizmlər kimi müəyyən olunub. Bununla yanaşı, ekspertiza fəaliyyətini tənzimləyən vahid təlimatın hazırlanması və institusional bilik bazasının formalaşdırılması ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Konsepsiyada nəzərdə tutulan tədbirlər ekspert rəylərinin keyfiyyətinə effektiv nəzarəti təmin etməklə yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğun, şəffaf və etibarlı sistem kimi formalaşdırılmasını hədəfləyir.

- Konsepsiyanın hədəf göstəricilərindən biri də özəl məhkəmə ekspertizası institutunun təşviq olunması və bu sahənin inkişaf etdirilməsidir. Özəl məhkəmə ekspertizası institutunun fəaliyyətə başlaması cəmiyyət üçün hansı imkanları yaradır?

-Özəl məhkəmə ekspertizası institutunun fəaliyyətə başlaması üçün mövcud normativ-hüquqi baza formalaşdırılıb. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklər institutun fəaliyyətini şəffaf, etibarlı və dövlətlə uzlaşdırılmış şəkildə təmin edir, lakin bu institutun məhkəmə ekspertizası idarələri ilə paralel işləməsi üçün hüquqi zəminin təkmilləşdirilməsi məqsədilə qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi gözlənilir.

Bu institut cəmiyyət üçün bir sıra önəmli imkanlar yaradır. Əvvəla, bu təsisat məhkəmə ekspertizası sahəsində alternativliyi təmin edərək məhkəmə ekspertizası idarələrinin iş yükünü əhəmiyyətli dərəcədə azalda və ekspertiza xidmətlərinin əlçatanlığını artıra bilər. Bu isə vətəndaşlar üçün ekspertiza xidmətlərinə daha sürətli və rəqabətli şəraitdə çıxış imkanı deməkdir. Bundan əlavə, özəl məhkəmə ekspertizası institutu vasitəsilə müasir avadanlıqlar və innovativ texnologiyaların tətbiqi vasitəsilə ekspert rəylərinin keyfiyyəti və etibarlılığı artırılacaq. İlk mərhələdə ictimai etimadın formalaşdırılması və resurs təminatı kimi müəyyən risklər mövcud olsa da, metodiki dəstək və dövlət standartlarına uyğunluq mexanizmləri bu riskləri neytrallaşdıracaq.

Eyni zamanda, özəl institutun fəaliyyəti məhkəmə ekspertizası sahəsində rəqabətli mühiti gücləndirəcək və ixtisaslı kadrların hazırlanmasına stimul yaradacaq. Nəticədə vətəndaşlar daha sürətli, keyfiyyətli və etibarlı ekspertiza xidmətlərindən faydalanacaq, ədalət mühakiməsinin səmərəliliyi isə artacaq.

- Bütün sahələrdə olduğu kimi bu sahədə də peşəkar mütəxəssislərə hər zaman ehtiyac var. Konsepsiya çərçivəsində kadr hazırlığı və ekspertlərin peşəkar inkişafı necə təşkil olunacaq?

- Konsepsiya məhkəmə ekspertlərinin peşəkarlığının artırılmasını prioritet istiqamət kimi müəyyən edir. Bunun üçün xüsusi təlim proqramları hazırlanacaq, ekspertlərin nəzəri-praktiki hazırlığı davamlı olaraq təkmilləşdiriləcək, beynəlxalq standartlar və qabaqcıl təcrübələr nəzərə alınacaq. Ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndiriləcək, sahəyə uyğun seçmə fənlər tətbiq olunacaq və ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlbi təmin ediləcək.

Eyni zamanda, ekspertlərin sosial müdafiəsi və rəqabətədavamlı əməkhaqları onların motivasiyasını artıraraq, sahədə dayanıqlı və keyfiyyətli fəaliyyətin təmin edilməsinə şərait yaradacaq.

- Ekspertiza fəaliyyəti barədə məlumatlılığı artırmaq üçün hansı addımlar atılacaq?

- Konsepsiya çərçivəsində məhkəmə ekspertizası sahəsində məlumatlılığı artırmaq üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bunlardan ən önəmlisi məhkəmə ekspertizası ensiklopediyasının hazırlanmasıdır ki, bu nəşr ekspertiza fəaliyyətinin iştirakçıları və vətəndaşlar üçün mövcud prosedurlar, xidmətlər və ekspert rəyləri barədə ətraflı məlumat təqdim edəcək.

Eyni zamanda, fəaliyyətin rəqəmsallaşdırılması, “Məhkəmə Ekspertizası” informasiya sistemi və digər rəqəmsal platformalar vasitəsilə elektron xidmətlərin göstərilməsi və operativ məlumatlandırma sistemlərinin tətbiqi vətəndaşların ekspertiza fəaliyyəti barədə məlumatlılığını daha da artıracaq, xidmətlərin sürətli və şəffaf olmasına şərait yaradacaq.

- Konsepsiyanın uzunmüddətli təsiri nədən ibarət olacaq və vətəndaşlar onun real nəticələrini nə vaxt hiss edəcəklər?

- Konsepsiyanın icrası mərhələli şəkildə həyata keçiriləcək və rəqəmsallaşdırma, xidmətə əlçatanlıq və keyfiyyətin artırılması ilə bağlı ilkin nəticələr yaxın gələcəkdə hiss olunacaq.

Uzunmüddətli perspektivdə Konsepsiya məhkəmə ekspertizası fəaliyyətinin institusional inkişafını, ekspert rəylərinə ictimai etimadın yüksəlməsini və ədalət mühakiməsinin səmərəliliyinin güclənməsini təmin edəcək.

Bu Konsepsiya dövlətin məhkəmə ekspertizası sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Əsas məqsəd isə vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması və ölkəmizdə ədalət mühakiməsinin gücləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub