Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidlərimizin ruhuna dualar oxunub, şəhid məzarlarına tər güllər qoyulub.