Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il ərzində bir sıra elektrik stansiyalarında təmir işləri aparılıb

Ötən il ərzində bir sıra elektrik stansiyalarında təmir işləri aparılıb

Bakı, 20 fevral, AZƏRTAC

“Azərenerji” ASC üzrə ötən il ərzində “Azərbaycan” İES, “Cənub” ES, “Sumqayıt” ES, “Şimal” ES, “Bakı” İEM-də cari təmir işləri aparılmış, texniki baxışlar keçirilmiş, əsas və köməkçi avadanlıqlarda əmələ gəlmiş qüsurlar aradan qaldırılıb. “Azərbaycan” İES-in 1, 2, 4 və 8 saylı (uzadılmış) enerji bloklarında orta təmir, stansiyanın digər enerji bloklarında cari təmir işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən ötən il görülmüş işlərə dair hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, “Şimal-1” ES-in enerji blokunda nomenklatur iş həcmi üzrə əsaslı təmir işləri aparılıb. Görülmüş işlər nəticəsində “Şimal-1” ES-də 20 MVt yük bərpa edilib. “Sumqayıt” ES-də “Siemens” şirkətinin mütəxəssisləri tərəfindən nomenklatur iş həcmi üzrə əsaslı təmir işləri aparılıb. Təmirdən sonra 20 MVt yük bərpa olunub. Sahil nasosxanasında estakadanın tikintisi ilə əlaqədar tikinti-quraşdırma işləri yekunlaşıb. 2021-ci il 3 sentyabr tarixində “Sumqayıt” ES-in yeni estakada nasos stansiyasının açılışı olub.

“Bakı” İEM-də 1 saylı qaz-turbin qurğusunda “B” təftişi (əsaslı təmir) aparılıb. Nomenklatur iş həcmi üzrə aparılan təmir zamanı aşkarlanmış qüsurlar aradan qaldırılıb. Bakı, Xaçmaz, Astara, Lerik, Şəki, Səngəçal, Şahdağ modul elektrik stansiyalarının aqreqatlarında işləmə saatlarına uyğun olaraq reqlament üzrə texniki qulluq işləri, elektrik avadanlıqlarında qrafikə uyğun cari təmir işləri aparılıb, aşkarlanmış qüsurlar aradan qaldırılıb. “Mingəçevir”, “Şəmkir”, “Yenikənd”, Varvara, Şəmkirçay, Füzuli, Taxtakörpü SES-in və KSES-lərin əsas və köməkçi avadanlıqlarında reqlament üzrə cari təmir

işləri aparılıb, aşkar olunmuş qüsurlar aradan qaldırılıb. Gücü 0,3 MVt olan “Astara-1”, ümumi gücü 3,6 MVt olan “Oğuz-1,2,3” KSES-lərin tikintisi üzrə işlər yekunlaşıb və stansiyalar balansa qəbul edilib.

Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq məqsədilə gücü 385 MVt olan “Qobu” ES-in tikintisi başa çatıb. Stansiya 2021-ci il 24 avqust tarixindən test rejimində dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir. Eləcə də “Qobu” ES-in enerji sistemə inteqrasiyası çərçivəsində 1000 MVt yükötürmə gücü olan 330/220/110 kV-luq “Qobu” yarımstansiyasının tikintisi başa çatıb və yarımstansiya yeni çəkilmiş 2 ədəd 330 kV-luq elektrik verilişi xətləri ilə enerji sistemə qoşulub. “Azərenerji” ASC tərəfindən Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində və Xızı rayonunda ümumi qoyuluş gücü 240 MVt olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi layihəsi üzrə hazırlıq işləri davam etdirilib. KES-in ötürücü şəbəkəyə qoşulması üçün 330 kV qabaritində hər birinin uzunluğu 30 km olan 220 kV-luq “Qobu YS - Pirəküşkül KES”, “Pirəküşkül KES - Xızı KES” və uzunluğu 20 km olan “Xızı KES - Yaşma YS” hava elektrik verilişi xətlərinin (HEVX) trassası müəyyən edilmiş, yerquruluşu planları hazırlanıb və təsdiq edilib. Yer quruluşu planları əsasında layihə-smeta sənədləri hazırlanıb, aidiyyəti qurumlardan ekspertizadan keçirilib. Hava xətləri dayaqlarının yeri və tipi müəyyən edilərək, dayaqların yerləşdiyi torpaq sahələri hesablanıb. Dayaqların yerləşəcəyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğu üçün onların kateqoriyalarının dəyişdirilərək “Azərenerji” ASC-nin daimi istifadəsinə verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının (GES) tikintisi layihəsi üzrə hazırlıq işləri aparılıb. GES-in ötürücü şəbəkəyə qoşulması üçün uzunluğu 55 km olan 330 kV-luq “Cənub ES-Ələt GES” hava elektrik xəttinin trassası müəyyən edilib, yerquruluşu planı hazırlanıb və təsdiq edilib. Yerquruluşu planları əsasında layihə-smeta sənədləri hazırlanıb, aidiyyəti qurumlardan ekspertizadan keçirilib. Hava xəttinin dayaqlarının yeri və tipi müəyyən edilərək, dayaqların yerləşdiyi torpaq sahələri hesablanıb. Dayaqların yerləşəcəyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğu üçün onların kateqoriyalarının dəyişdirilərək “Azərenerji” ASC-nin daimi istifadəsinə verilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilib. “Reabilitasiya” proqramı çərçivəsində 500 kV-luq “Abşeron”, 330 kV-luq “Yaşma”, 220 kV-luq “Xırdalan”, “Hövsan”, “Nizami”, 110 kV-luq “Binəqədi”, “Suraxanı”, “Ağcabədi”, “Şükürbəyli”, “Ceyranbatan”, “Şamaxı”, “Sumqayıt-2”, “Goradil”, “Ələt”, “Gəncə-1”, “Quba”, “Sabirabad” və “Şəhər” yarımstansiyalarında yenidənqurma işləri aparılıb. İl ərzində 3x250 MVA gücündə 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyası, 2x250+1x200 MVA gücündə 220/110/10 kV-luq “Hövsan” yarımstansiyası və 2x63 MVA gücündə 110/35/6 kV-luq “Maştağa” yarımstansiyası, 4x63 MVA gücündə 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyası, 1x800+2x400 MVA gücündə 500/330/220/10 kV “Abşeron” yarımstansiyası, 2x63 MVA gücündə 110/35/6 kV-luq “Suraxanı” yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb