İQTİSADİYYAT
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb
Bakı, 25 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 591,2 milyon kVt/saat, ixracı 289,6 milyon kVt/st, idxalı 10,5 milyon kVt/saat olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 milyon kVt/saat, ixrac 127,9 milyon kVt/saat artıb, idxal isə 0,2 milyon kVt/saat azalıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, keçən il ərzində isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2 milyard 44,8 milyon kVt/saat artaraq 27 milyard 856 milyon kVt/saat olub. Hesabat dövründə 2020-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 milyard 840,5 milyon kVt/saat artaraq 26 milyard 238,8 milyon kVt/saat, SES-lərdə 207,9 milyon kVt/saat artaraq 1 milyard 277,3 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 milyon kVt/saat azalaraq 339,9 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 91,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 55,2 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
İl ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 milyard 38 milyon kVt/saat (İES-lərdə 23 milyard 905 milyon kVt/saat, SES-lərdə 1 milyard 133 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451 milyon kVt/saat (İES-lərdə 269,5 milyon kVt/saat, SES-lərdə 130,3 milyon kVt/saat, GES-də 51,2 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2 milyard 300,9 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 milyard 677,1 milyon kVt/saat olmaqla, 2020-ci illə müqayisədə 526,4 milyon kVt/saat, elektrik enerjisinin idxalı isə 151,5 milyon kVt/saat olmaqla, 2020-ci ilə nisbətən 15 milyon kVt/saat artıb.