Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib

İslamabad, 22 fevral, АZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin İslamabad Strateji Araşdırmalar İnstitutunda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib.

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseyn, İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Pakistan Milli Assambleyasının deputatı, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun məsul nümayəndəsi Şaza Fatimə Xavaca, Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq direktoru, ekspert Məhəmməd Xan, yüksək rütbəli diplomatlar, tədqiqatçılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Səfir Xalid Mahmud Ermənistanın Xocalıda törətdiyi soyqırımının Azərbaycanın müasir tarixinin faciəli və qanlı səhifələrindən biri olduğunu bildirib. Direktor 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbulunda Pakistanın aparıcı rol oynadığını, ölkəsinin sonrakı dövrlərdə də Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə erməni şovinistlərinin son 200 ildə azərbaycanlılara və ümumilikdə türklərə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirdiklərini, təkcə XX əsrdə azərbaycanlıların öz doğma yurdlarından didərgin salındıqlarını, ermənilərin tək Azərbaycanda deyil, böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar törətdiklərini vurğulayıb. Bununla kifayətlənməyən işğalçı ölkənin 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi iddiaları qaldırdığını, 20 faiz torpaqlarımızı işğal etdiyini, 1992-ci ildə Xocalıda azərbaycanlıların soyqırımını törətməklə bəşəriyyətə qarşı cinayətə imza atdığını bildirib.

Səfir Xocalıda soyqırımı törədən ermənilərin məqsədlərinin strateji əraziləri ələ keçirməklə yanaşı, qədim Azərbaycan tarixini əks etdirən müsəlman abidələrinin, sənət əsərlərinin məhv edilməsi olduğunu və bu cür vəhşilikləri törədənlərin cəzalandırılacağını vurğulayıb. O, Xocalı soyqırımını tanıyan ilk ölkə kimi qardaş Pakistana və onun xalqına minnətdarlığını ifadə edib, bu soyqırımını tanıyan dövlətlərin sayının hər il artdığını bildirib.

Şaza Fatimə Xavaca Azərbaycan-Pakistan əlaqələrinin səmimi dostluğa və əməkdaşlığa əsaslandığını, ölkələrimizin bütün məsələlərdə bir-birini dəstəklədiyini, Pakistanın Ermənistanın hüquqazidd işğalına qarşı çıxdığını, bu ölkəni bir dövlət olaraq tanımadığını qeyd edib.

O, “BBC”, “Nyu York Tayms” və digər mənbələrdən sitatlar gətirərək bildirib ki, Xocalıda baş verənlər dəhşət doğurur. Belə ki, hətta azərbaycanlı hamilə qadın və uşaqlar da yaxın məsafədən xüsusi qəddarlıqla qətlə yetirilib. O deyib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir.

Məhəmməd Xan vurğulayıb ki, Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə məqsədlərindən biri də şəhərin strateji mövqeyi, tarixi-mədəni və sosial əhəmiyyəti olub. Xocalının məhvi, əhaliyə qarşı soyqırımının törədilməsi təsadüfi deyil, əvvəlcədən planlaşdırılan işğalçılıq siyasəti olub.

Müşahid Hüseyn Azərbaycan-Pakistan münasibətlərinin ortaq dəyərlərə, eyni zamanda, birgə maraqlara və qarşılıqlı əməkdaşlığa əsaslandığını deyib, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini ifadə edib. M. Hüseyn bildirib ki, beynəlxalq aləmin bu kimi məsələlərə ikili standartlardan yanaşdığına görə, Xocalı soyqırımına tam ədalətli qiymət verilməyib. O, həmçinin Azərbaycana səfərləri zamanı ölkəmizin inkişafının şahidi olduğunu və bundan qürur duyduğunu deyib.

Natiq Azərbaycanın 1918-ci ildə İslam dünyasında ilk parlament təsis etdiyini, ölkəmizin mühüm dövlətçilik ənənələrinə malik olduğunu qeyd edib, Azərbaycanı ilk tanıyan ölkələrdən birinin Pakistan olduğunu diqqətə çatdırıb. Kəşmir məsələsində Azərbaycanın da Pakistana dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir çox humanitar layihələrin icra edildiyi barədə də məlumat verib, bu layihələrin həyata keçirilməsinin dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu ifadə edib.

Seminarda, həmçinin Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilib, seminarın keçirildiyi salonun foyesində qətliamı əks etdirən fotostend, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallardan ibarət sərgi təşkil olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər