Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyanpərəst kanalın etirafı göstərir ki, Azərbaycan hər an məcburetmə əməliyyatına başlaya bilər

Bakı, 1 dekabr, Pərvanə Qarayeva, AZƏRTAC

Kütləvi informasiya vasitələrində artıq xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert ilə görüşündə qonağın diqqətini Ermənistan tərəfinin Laçın dəhlizindən sui-istifadə və bu nəqliyyat yolundan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonaya müxtəlif növ silahların ötürülməsi üçün istifadə etməsinə çəkib. Nazir bunun sübutu kimi bu yaxınlarda 2021-ci il istehsalı olan minaların aşkarlanmasını misal çəkib.

Ceyhun Bayramovun bu sözlərinə reaksiya verən Ermənistanın iqtidarpərəst “Baqramyan 26” teleqram kanalı aşağıdakı postu yazıb:

“Bəyanatların hansı birinin hansı bəndinə müvafiq olaraq Laçın dəhlizi ilə zəruri özünümüdafiə silahlarını daşımağa Arsaxın hüququ yoxdur, əlbəttə ki, əgər bunu etmək istəyərsə? Bəs Azərbaycanın bu dəhlizdən istifadəyə hansısa məhdudiyyət qoymağa hüququ çatırmı?

Bu minaların Ermənistanın işğal edilmiş ərazilərindən azərbaycanlılar tərəfindən çıxarılmasını sübut etməklə (bu, həqiqətdir) belə bir təəssürat yarana bilər ki, Laçın dəhlizindən istifadə üzrə hansısa razılaşdırılmış məhdudiyyətlər mövcuddur, lakin bu, belə deyil, ona görə də Azərbaycanın hər hansı iddiaları əvvəldən legitimlikdən məhrumdur”.

Biz düşünmürük ki, ölkənin baş naziri Nikol Paşinyanın birbaşa nəzarətində olan teleqram kanalına bizim cavabımız onun redaksiyasını sevindirər. Bununla belə, lakonik olacağıq: 4-cü bəndə görə!

Haylar, 4-cü bəndi diqqətlə oxuyun və bir az baş işlədin. Bu bənddə əraziyə sülhməramlı kontingentin yerləşdirilməsi ilə paralel olaraq oradan erməni qüvvələrinin çıxarılması nəzərdə tutulur. BÜTÜN erməni qüvvələri, heç bir coğrafi konkretləşmə olmadan, istər Ermənistan silahlı qüvvələri, yerli dəstələr, muzdlular, könüllülər və yaxud erməni diasporundan olan başqa “uğur centlmenləri” olsun. Ermənistan Azərbaycana qarşı vuruşan BÜTÜN silahlı şəxsləri həmin ərazidən çıxarmaq öhdəliyi götürüb, özü də “sonra” yox, Rusiya sülhməramlı kontingentinin girişi ilə paralel olaraq. Yəni, kapitulyasiyanın artıq səhəri günü.

İndi sual olunur, “Baqramyan 26” teleqram kanalı hansı “özünümüdafiə” üçün zəruri olan silah-sursatdan danışır? Hansı “özünümüdafiə”? Harada, Üçtərəfli Bəyanatın hansı bəndində 4-cü bəndə “istisnalar”dan danışılır? Heç bir yerdə! Müvəqqəti yerləşdirilməsinə Bakının rəsmi olaraq razılıq verdiyi Rusiya sülhməramlı kontingentinin şəxsi heyətindən başqa heç bir silahlı şəxs Qarabağda olmamalıdır. Başqa silahlı şəxslər orada olmamalıdır. Bu halda siz oraya silah-sursatı kimin üçün aparırsınız, hansı “özünümüdafiə” qüvvələri üçün?

Silah-sursat Laçın dəhlizi ilə ya çıxış tərəfə hərəkət edə bilər (bu, hələ 2020-ci ilin noyabrında başa çatmalı idi), ya da o, Rusiya sülhməramlı kontingentinə məxsus olmalıdır və onun daşınması barədə Azərbaycan tərəfinə müəyyən edilmiş qaydada qabaqcadan xəbər verilməlidir. Hər cür qaçaqmalçılıq Azərbaycan tərəfindən yalnız “vətəndaşlara, nəqliyyat vasitələrinə və yüklərə” münasibətdə təhlükəsiz hərəkətə zəmanət verilən Laçın dəhlizindən istifadə rejiminin pozulmasıdır. Bununla yanaşı, hərbi təyinatlı yüklər, bir daha təkrar edirik, yalnız Üçtərəfli Bəyanatda göstərildiyi sayda Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinə aiddir. Bu kontingentdən başqa onun müvəqqəti yerləşdirildiyi zonada hər hansı miqdarda hər hansı silah-sursatın nəzərdə tutulduğu heç kim olmamalıdır.

Buna görə bir daha soruşuruq: haylar, siz hansı “özünümüdafiə” haqqında boşboğazlıq edirsiniz? Münaqişənin hərbi fazası başa çatıb, siyasi mərhələsi davam edir. Bundan məqsəd sizə silahlı şəxslərin həyatını xilas etmək və necə deyərlər, onları öz ayaqları üstə çıxarmaq imkanı verməkdir. Niyə sizin hərbçilər hələ də oradadırlar?! Yoxsa, siz elə bilirsiniz müharibə hələ başa çatmayıb? Əgər belədirsə, belə də deyin, bilək ki, müharibə davam edir, onda Azərbaycan tərəfindən humanitar məqsədlər üçün təqdim edilən Laçın dəhlizi də olmayacaq. Başa çatmayan müharibədə düşmən qüvvələrin təchizatı üçün yolları kim açıq qoyar?!

Bəzilərinin yaddaşını təzələmək istərdik: müharibənin sonunda Azərbaycan əsgəri artıq fiziki olaraq Laçın yolunda dayanmışdı. Azərbaycan əsgəri oradan sizə qapalı vəziyyətdə qalan erməni qüvvələrini və hətta silah-sursatı təhlükəsiz şəkildə çıxarmaq, eləcə də mülki əhalini oraya qaytarmaq imkanı vermək üçün getdi. Azərbaycan əsgəri ondan ötrü getmədi ki, siz Qarabağa hərbçiləri və silah-sursatı göndərməkdə davam edəsiniz, üstəlik, iki ildən sonra Üçtərəfli Bəyanatı əldə bayraq edərək tələb edəsiniz ki, bu sənədin hansı hissəsində anlaşılmaz “özünümüdafiə” üçün silah-sursat daşınmasının “qadağan olunması” yazıldığını sizə göstərək!

Əgər Azərbaycanın mərkəzində hansısa “özünümüdafiə”nin mövcud olduğunu İrəvanda az qala rəsmi səviyyədə etiraf edirlərsə, bu, o deməkdir ki, erməni siyasətçilər müqavimət göstərməyin başa çatmamasını açıq etiraf edirlər, imzalanan sənədin şərtlərinin icrasını sabotaj edirlər və üstəlik, erməni ənənəsinə sadiq qalaraq “sübut elə!” deməklə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar.

Heç kim sizə heç nəyi sübut etməyəcək. Sübutlar, necə deyərlər, göz qabağındadır və hətta siz özünüz onları etiraf etdiniz: Qarabağda hələ də oradan çıxarılmamış erməni qüvvələri (onları istədiyiniz kimi adlandırın!) mövcuddur və onlara silah-sursat daşınması davam edir. Paşinyanpərəst “Baqramyan 26” teleqram kanalı bu faktların hər ikisini etiraf edib. Bu minaların harada - Qarabağın özündə, yoxsa Paşinyanın qurumunda təsdiqləndiyi kimi haradasa şərti sərhəddə zərərsizləşdirilməsi artıq əhəmiyyətli deyil. Qarabağda hansısa “özünümüdafiə” qüvvələrinin mövcudluğu faktını etiraf edən və onlara silah-sursat tədarük etmək “hüququnu” bəyan edən erməni tərəfin artıq hər hansı əfsanələr uydurması mənasızdır. Adıçəkilən teleqram kanalında belə bir etiraf postu kifayət edir ki, Bakı Üçtərəfli Bəyanatın Ermənistan tərəfindən pozulduğuna görə sərhəddə nəzarət-buraxılış məntəqəsi qursun.

Erməni tərəfinin isterikasını qabaqcadan görmək olar, o deyəcək ki, “Üçtərəfli Bəyanatda Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi göstərilmir”. Bəli, göstərilmir, lakin qadağan da olunmur. Bəyanatda SƏRHƏD boyunca deyil, Laçın YOLU boyunca 5 kilometr enində zolaqdan danışılır. Bəyanatda Azərbaycanın öz sərhədlərinin qorunmasında imtinası barədə heç bir söz deyilmir. Sərhəddə yoxlamadan keç, mülki şəxs olmağını və özünlə daşıdığın yükün humanitar xarakterli olmasını göstər, sonra yoluna davam et. Heç kim sənə toxunmayacaq. Lakin Azərbaycan görməlidir ki, sərhədi kim keçir və bu şəxs özü ilə nə aparır. Üçtərəfli Bəyanat da Azərbaycanın bu legitim hüququnu heç cür məhdudlaşdırmır.

Bu isə o deməkdir ki, Bakı birincisi, lap bu gün sərhəddə nəzarət-buraxılış məntəqəsi qurmaq, ikincisi, erməni tərəfini Üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasına məcburetmə üzrə əməliyyat keçirmək hüququna malikdir. Bu, Üçtərəfli Bəyanatın müddəalarının pozulması yox, əksinə, həyata keçirilməsi olacaq. Ermənistanın iki il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına məcbur edilməsi üzrə əməliyyat keçirildiyi kimi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb