Polşa qonşu Belarusla sərhədə 10 min hərbçi yerləşdirmək niyyətindədir
Vyana, 10 avqust, AZƏRTAC
Polşa silahlı qüvvələri Polşa-Belarus sərhədinə 10 min hərbçi yerləşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Polşanın müdafiə naziri Mariuş Blaşak radiolardan birinə müsahibəsində təsdiqləyib.
O qeyd edib ki, sərhədboyu ərazidə yerləşdiriləcək 10 minə yaxın hərbçinin dörd mini birbaşa sərhədçilərə xidməti dəstək göstərəcək, altı min nəfər isə ehtiyatda olacaq.
Nazirin sözlərinə görə, Polşa ordusu son illərdə mütəmadi qaydada fəal inkişaf edir və hədəf qarşıdakı iki il ərzində Avropanın ən güclü ordusuna sahib olmaqdır. Hazırda Polşa silahlı qüvvələrinin şəxsi heyəti 170 min nəfərdir.
Belarus ərazisində “vaqner”çilərin olması xəbərləri və sərhədboyu ərazilərdə baş verən insidentlərdən sonra Polşa bu ölkə ilə sərhəddə hərbi mövcudluğunu daha da gücləndirmək qərarına gəlib. Eyni zamanda, qanunsuz miqrasiya axınının sərhəd bölgəsində güclənməsi ehtimalı da potensial təhlükələr arasında yer alır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]