PREZİDENT V.PUTİN QROZNININ “TEREK” KOMANDASINI TƏBRİK ETMİŞDİR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Qroznının “Terek” futbol komandasını ölkə kuboku uğrunda yarışlarda qələbə münasibətilə təbrik etmişdir. Prezident komandanın başçıları, oyunçuları, habelə Çeçenistan Respublikasının rəhbərliyi ilə görüşdə demişdir: “Ümidvaram ki, respublikanın idmançıları bizi nəinki ölkə daxilində qələbələrlə sevindirəcək, həm də Rusiyanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər”.
V.Putin bildirmişdir ki, komandanın uğurlu oyunu təkcə respublikanın prezidenti deyil, eləcə də bu klubun prezidenti olmuş mərhum Əhməd Qədirov üçün nəinki klubun dirçəlməsinin, həm də respublikada idmanın dirçəlməyə başlamasının rəmzi idi.
Prezident demişdir ki, Çeçenistanda idman obyektlərinin bərpasına böyük diqqət yetirmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]