Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Bakı, 25 sentyabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında və Katex çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Elnur Əliyev, Yevlax rayon sakinləri Məhəbbət Qasımov, Rəsul Eyyubov, İntiqam Əzizov və Balakən rayon sakini Aslan Rzayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]
Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]